Vasif Talıbovun kadrları Naxçıvanda POLİSİ HƏDƏFƏ ÇEVİRİR... - BU NƏDİ BELƏ?
Naxçıvan Muxtar Respublikası (MR) sakini, 4 gün əvvələdək taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinə çörəkpulu qazanan Quliyev Elvin Emin oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətci polis əməkdaşlarının qanunsuzluğu ilə üzləşdiyini deyir.
Onun sözlərinə görə, Naxçıvan hava limanında olarkən bir nəfər şəxs yaxınlaşaraq, ətrafda valyutadəyişmə məntəqəsi olmadığını və 200 ABŞ dollarını Azərbaycan manatına dəyişmək istədiyini bildirib və ondan kömək istəyib.
“Gecə saat 02:30 radələrində maşınıma mindilər, dedilər ki, valyutadəyişmə məntəqəsi axtarırıq, tapa bilmirik, qalmışıq burda. Həmin saatda hava limanında heç bir valyutadəyişmə məntəqəsi işləmədiyinə və həmin şəxs ailə-uşaqla birgə olduğuna görə, yazığım gəldi, ona kömək etdim. Belə ki, üzərimdə 200 dolları manata dəyişəcək qədər pul olmadığından, bir qədər də tanış taksi sürücüsündən borc alıb, onun pulunu dəyişdim. Hətta məzənnədən də bir qədər aşağı, hər 100 dollara 168 və 169 manat aldım”, - deyən Elvin Quliyev bildirir ki, bu zaman ətrafda polis əməkdaşları da olub və qanunsuz heç bir fəaliyyətlə məşğul olmadığı üçün onlara əhəmiyyət verməyib. Lakin həmin vaxt Sənan və Tural adlı polislər onu saxlayaraq Haxçıvan hava limanının polis bölməsinə aparıblar və heç bir məhkəmə qərarı olmadan onu 4 gün ac-susuz zirzəmidə saxlayıblar:
“Məni 4 gündür hava limanında, polis bölməsinin zirzəmisində ac-susuz saxlayıblar. Bu müddət ərzində nə məhkəməyə çıxarıblar, nə də hansısa müvafiq tədbir görüblər. İddia ediblər ki, sən qanunsuz olaraq dollar dəyişmisən. Bu 4 gün ərzində ailəm çöldə, mən isə içəridə ac-susuz qalmışıq”.
E.Quliyev deyir ki, anası Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra, onun dərhal buraxılması ilə bağlı göstəriş verilib.
Maraqlıdır ki, saxlanıldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olduğu maşını da cərimə meydançasına aparılıb. Üstəlik, ona taksi fəaliyyəti ilə məşğul olmaq qadağan edilərək, bir parça çörəyə möhtac qoyulub.
Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, Elvin Quliyevin başına oyun açan şəxslər hava limanının köhnə işçiləri, yəni Vasif Talıbovun kadrlarıdır. DİN rəhbərliyinin tapşırığından sonra qanunsuz olaraq saxlanılan E.Quliyev azad edilsə də, sonradan onun taksi fəaliyyət ilə məşğul olmasının qadağan edilməsi heç də təsadüf deyil. Görünən odur ki, V.Talıbovun kadrları hələ də çoxsaylı qanunsuzluqlarla yeni rəhbərliyi sabotaj edirlər. Əks halda, guya, 200 dolları “qanunsuz olaraq” dəyişdiyi iddiası ilə saxlanılan E.Quliyevin maşını nə üçün cərimə meydançasına aparılmalı idi?! Üstəlik, son dəqiqələrədək maşının ona təhvil verilmədiyi bildirilirdi.
İnanırıq ki, DİN rəhbərliyi, şəxsən cənab nazir Vilayət Eyvazov onun göstərişinə qarşı çıxaraq vətəndaşlara zülm edən polis əməkdaşları barəsində müvafiq tədbir görəcək.
Mövzunu davam etdirəcəyik.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməy hazırıq. //Hurriyyet.az//
Paylaş:
Müəllif : Fuad
Tarix:29-06-2023, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər