Prezidentin nümayəndəsi Qarabağda hansı kadrlara ehtiyac olduğunu açıqlayıb
“Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir”.
RegionXəbərləricom.az "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində deyib.
O bildirib ki, məqsədlər hər zaman fərqli olur: “Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir. Artıq nəticələr var, müəyyən dərslər əldə edilib və yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır”.
E. Hüseynovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa quruculuq kontekstində ölkəyə hansı kadrların lazım olması düşündürücüdür: “30 il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə yeksan edildiyi Qarabağda bu gün həyat yenidən qayıdır. Şəhər və kəndlər yenidən bərpa olunur. Orada baş verən yenidənqurma prosesləri heç bir ali təhsil müəssisələrində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ və düzgün, kreativ qərar verə bilən kadrlar lazımdı. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-07-2023, 14:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər