Priqojin Rusiya MN ilə müqaviləsini itirdi - KİV
Rusiya Müdafiə Nazirliyi "Vagner" PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojinə məxsus "Konkord" holdinqi ilə müqaviləni ləğv edib.
Осторожно, новости" teleqram kanalı xəbər verir ki, holdinqin bir neçə min işçisi işdən çıxarılır.
Nəşr bildirir ki, müəssisələrin yeni sahibinə keçməsi nəzərdə tutulurdu, lakin sonradan işçi heyətinin işdən çıxarılması və "Voentorq" ASC ilə müqaviləyə xitam verilməsi qərara alınıb.
Qeyd edək ki, bir gün əvvəl Priqojin "Patriot" media holdinqini ləğv edib. Bununla bağlı "RİA FAN", "Narodnıye Novosti", "Ekonomika seqodnya" kimi KİV və bir çox başqa nəşrlər fəaliyyətini dayandırıb.
Xatırladaq ki, iyunun 23-də "Vaqner" PMC-nin lideri Yevgeni Priqojin silahlı üsyana cəhd edib. O, muzdluları ilə birlikdə RF Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək üçün Moskvaya doğru hərəkət keçib. Lakin sonra Aleksandr Lukaşenko ona zəng edərək üsyana son qoymağı tapşırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-07-2023, 19:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər