reklam
Regionxeberlericom.az » Cəmiyyət » İntihara cəhd edən jurnalistlə bağlı əmrə dəyişiklik edildi

reklam

İntihara cəhd edən jurnalistlə bağlı əmrə dəyişiklik edildi
















“Azərtac”ın keçmiş müxbiri Aygün Əliyevanın işdən çıxarılması ilə bağlı əmrə dəyişiklik edilib.

Bu barədə A.Əliyevanın həyat yoldaşı, jurnalist Teymur Əliyev məlumat verib. O bildirib ki, Aygün Əliyevanın işdən çıxarılması zamanı əsas göstərilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi aradan qaldırılıb:

“Ölkəmizdə bu cür haqsızlıqla üzləşənlər adətən mübarizə aparmırlar. O isə apardı. 3 il davam edən ağır məhkəmə prosesində bütün instansiyalardan 2-3 dövrə keçdik. Nəhayət ki dostlarımızın, bizi tanımayan adi vətəndaşların, KİV-in əvəzsiz dəstəyi, məhkəmə sistemindəki savadlı və ağıllı şəxslərin, dövlətin icra və qanunverici orqanlarındakı laqeyd olmayan insanların, iş yerinin yeni rəhbərliyinin müdrik davranışı nəticəsində bu proses bizi qane edəcək formada yekunlaşdı. Həyat yoldaşımın artıq yalançı 70ç bəndi yoxdur, ləğv edildi. Onu artıq kimsə “peşəkarsız, amma bu maddə ilə götürə bilmərik” cavabı ilə məyus edə bilməyəcək”.

A.Əliyeva bu hadisələrlə əlaqədar intihara cəhd etmişdi.





Paylaş:


Müəllif : Tarix:
4-07-2023, 14:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər