reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Azovstal"ın komandirləri Ukraynaya qayıdıblar - Zelenski onları şəxsən təyyarəsilə apardı

reklam

"Azovstal"ın komandirləri Ukraynaya qayıdıblar - Zelenski onları şəxsən təyyarəsilə apardı

















"Azovstal"ın beş müdafiə komandiri bir neçə ay Türkiyədə müşahidə altında qaldıqdan sonra Ukraynaya qayıdıb. İyulun 7-də Türkiyəyə uçan və orada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Ukrayna Prezidenti Volodimir Zelenski hərbçiləri şəxsən vətənlərinə aparıb.

Bu barədə Zelenskinin mətbuat xidməti Türkiyə tərəfinin beş hərbçini Zelenskiyə təhvil verdiyini və daha sonra onların prezident təyyarəsinə minərək uçduğu video yayımlayıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Mariupoldakı "Azovstal" metallurgiya zavodunu 2022-ci ilin yazında iki ay ərzində Rusiya hərbçilərindən müdafiə edib. Mayın ortalarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı komandirlərə "şəxsi heyətin həyatını xilas etmək" əmrini verib və bundan sonra "Azovstal"ın müdafiəçiləri təslim olublar.

2022-ci ilin sentyabrında Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi keçirilib. Rusiya 215 nəfəri, o cümlədən 5 "Azovstal" müdafiə komandirini azad edib.

Razılaşmanın şərtlərinə görə, onlar dərhal Ukraynaya qayıda bilməzdilər. Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi zəmanəti və mühafizəsi ilə Türkiyəyə aparılıb.




Paylaş:


Müəllif : Tarix:
8-07-2023, 20:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər