Naxçıvanda yeni qurumlar yaradıldı
Naxçıvan Muxtar Respublikasında yeni qurumlar yaradılıb.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov Fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsi, “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, Akademik Həsən Əliyev adına “Araz” Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Qurumlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq.
Bundan başqa, “Naxçıvan Məhsulları” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi də ləğv edilərək əmlakları Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-07-2023, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər