reklam
Regionxeberlericom.az » Cəmiyyət » MİQ üzrə test imtahanı mərhələsinə başlanıldı - Yenilənib

reklam

MİQ üzrə test imtahanı mərhələsinə başlanıldı - Yenilənib
















Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

***

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb.

Bildirilib ki, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 

58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.




Paylaş:


Müəllif : Tarix:
11-07-2023, 11:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər