Vətən müharibəsi qazisi vəfat etdi
Vətən müharibəsi qazisi, kapitan İlham Dadaşov İlham 48 yaşında vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
İ. Dadaşovun uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, İ.Dadaşov 1975-ci il iyulun 5-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.
O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub və bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci ilin oktyabrın əvvəlində müharibədə travma alıb və müalicə üçün hospitala yerləşdirilib. Bir müddət sonra isə müalicəsini başa vuraraq yenidən döyüşlərə qatılıb.
İlham Dadaşov "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Ailəli idi və iki övladı var.
Allah rəhmət eləsin!
Paylaş:
Müəllif : Fuad
Tarix:11-07-2023, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər