"Təcridxanaya giriş üçün vəkillərdən hələ də koronavirus testi tələb olunur"
Azərbaycanda vəkil və müstəntiqlərdən təcridxanaya giriş zamanı koronavirus testinin tələb olunduğu bildirilir.
Bu barədə vəkil Şəhla Hümbətova özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, müvəkkilini görmək üçün bir gün əvvəldən koronavirusla bağlı test verməli olur:
“Kimsə izah edə bilərmi, təcridxanaya girmək üçün niyə hələ də test verməyə məcburuq? Bütün dünya artıq “Covid” sözünü unudub, vəkillər və müstəntiqlər iki gündən bir test verir. Müvəkkili görmək üçün bir gün qabaq gedib 10 saylı kolonda test ver, gözlə növbəti gün cavabı çıxsın, ondan sonra iki günün var, gedib təcridxanaya girəsən. İki gündən sonra yenidən girməlisənsə, prosesi təkrarla.
Təcridxananın yüzlərlə işçisi testsiz hər gün işə gedib gələndə dustaqları yoluxdura bilmir, vəkil yoluxdurur? Hər gün dustaqların yüzlərlə ailə üzvü testsiz filansız içəri daxil olur, işçilərlə təmasda olur, onlar təhlükəsizdir, bircə vəkillər yoluxdurucudur?
Onsuz da hüquqdan əsər əlamət qoymamısınız, bu texniki maneələrin məqsədi nədir bəs?”, - Ş. Hümbətova bildirilib.
Məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxladıq. Özünü qurumun Mətbuat xidmətinin əməkdaşı kimi təqdim edən şəxs bildirdi ki, səsləndirilən iddialar barədə məruzə olunacaq, daha sonra bu barədə məlumat veriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-07-2023, 16:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər