reklam
Regionxeberlericom.az » Cəmiyyət » BQXK Laçından qaçaq mal daşıyan ermənilərlə müqaviləyə xitam verdi

reklam

BQXK Laçından qaçaq mal daşıyan ermənilərlə müqaviləyə xitam verdi


















Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə qanunsuz daşımaları etiraf edib.

Bu barədə BQXK-nın Bakı nümayəndəliyindən “Report”a bildirilib.

Qeyd olunub ki, təşkilat bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir:

"BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib. Bütün humanitar yüklər Azərbaycanın gömrük orqanları tərəfindən yoxlanılır. Lakin təəssüf ki, icarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”.

Nümayəndəlikdən bildirilib ki, BQXK-nın Laçın yolu boyu gördüyü işlər yalnız humanitar xarakter daşıyır:

“600-dən artıq pasientin tibbi təxliyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlandığını açıqlayıb.




Paylaş:


Müəllif : Tarix:
11-07-2023, 16:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər