reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nadir Qafarzadə işdən qovulan muzey işçisini müdafiə etdi

reklam

Nadir Qafarzadə işdən qovulan muzey işçisini müdafiə etdi


Dünən Naxçıvanda Bayraq muzeyində insident yaşanıb. 

Xəbərə görə, türkiyəli turist Naxçıvandakı Bayraq müzeyində təhqirə məruz qaldığını bildirərək, muzey əməkdaşı ilə mübahisəsinin görüntülərini sosial şəbəkələrdə paylaşıb. Hadisə ilə bağlı ölçü götürülüb, muzeyin əməkdaşı Asudə Məhərrəmli işdən çıxarılıb.

Müğənni Nadir Qafarzadə işdən çıxarılan qadını müdafiə edərək, öz səhifəsində belə bir paylaşım edib:

"İnanmıram ki, bu hadisə Türkiyədə baş versəydi işçini vəzifəsindən azad edərdilər. Bu yazıq qız turistə nə dedi ki? Naxçıvanlı, azərbaycanlı xanım. Yenə bir qadın işsiz qaldı. Şəxsən mən təhqir eşitmədim. Bir də hər türk dilində danışan, Türkiyə vətəndaşı olan türk demək deyil".




Paylaş:


Müəllif : Tarix:
13-07-2023, 12:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər