reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - qaz, su, işıq və digər kommunal xidmətlər...

reklam

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ - qaz, su, işıq və digər kommunal xidmətlər...












Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada nəticə yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb. Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Vətəndaşların belə mənzillərə "kupça" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Amma əsas məsələlərdən biri isə sənədsiz evlərdə komunal ödənişlər məsələsidir.

Bəs bu necə tənzimlənir? Sənədsiz evlərə qanuni olaraq qaz, su, işıq və digər kommunal xidmətlər çəkilə bilər?

Bu barədə Referans.az-ın sorğusunu cavablandıran hüquqşünas Turan Abdullazadə bildirib ki, hazırda sənədsiz evlərə bütün kommunal xidmətlər verilir:

“Yaxın gələcəkdə qanunvericiliyin tələblərinə əməl etmədən tikilmiş və ya tikilməkdə olan obyektlərin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə qoşulmasına dair məsuliyyət müəyyənləşəcəyi gözlənilir. Bu cür tikililərdə qaz, su, elektrik və kanalizasiya təchizatı müəssisələrinin vəzifəli şəxsləri qanunsuz qoşulmaya görə cəzalandırılacaqlar. Hazırda isə qanunsuz tikilililər qaz, su, işıq təchizatları ilə təmin olunur.

Hüquqşünasın sözlərinə görə, hazırda 1 milyona yaxın sənədsiz ev var və bu evlərə qaz, su, işıq verilməsinin dayandırılması hazırda ağlabatan deyil: “Statistik göstəricilərə əsasən ölkədə 1 milyona yaxın sənədsiz ev var. Bu evlərə qaz, su, işıq verilməsinin dayandırılması hal-hazırda ağlabatan və məqbul deyil. Çünki bu həm kütləvi etirazlara səbəb olar, həm də vətəndaşlarımızın konstitusion hüquqlarını pozar, həm də humanizm prinsiplərinə zidd olar. Bunun üçün əvvəlcə sənədsiz tikililərin operativ şəkildə sənədləşmə işlərinə başlanılmalı, əmlak amnistisyası tətbiq olunmalı, daha sonra sanksiyalar tətbiq olunmalıdır”.

Referans.az məsələnin rəsmi tərəfini öyrənmək üçün rəsmi qurumlarla əlaqə saxlayıb.

Sənədsiz evlərə elektrik enerjisinin çəkilməsi ilə bağlı prosedur barəsində sorğumuzu cavablandıran "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirdi ki, sənədsiz evlərə işığın çəkilməsi üçün sadəcə yerli icra hakimiyyəti orqanından arayış alınması kifayətdir.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə sorğumuza cavab olaraq bildirdi ki, əslində evə qaz sayğacının çəkilməsi üçün evin sənədi lazımdır, amma hazırda sənədsiz evlərlə bağlı problemi nəzərə alaraq sayğaclar qanuni olaraq çəkilir. Bu təbii ki, yerli icra hakimiyyətlərinin təşəbbüsü ilə baş verir.




Paylaş:


Müəllif : Tarix:
14-07-2023, 09:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər