reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib - Hərbi xidmətə çağırışda şəffaflıq məsələsi müzakirə edilib

reklam

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib - Hərbi xidmətə çağırışda şəffaflıq məsələsi müzakirə edilib

















İyulun 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılmış məsələlər müzakirə olunub.

Bildirilib ki, SHXÇDX tərəfindən Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi davam etdirilir.

Komissiyanın iclasında müddətli həqiqi hərbi xidmətə çağırış prosesinin yeni dövrün çağırışlarına uyğun qurulması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflər və qısa müddət ərzində görülmüş işlər iştirakçıların diqqətinə çatdırılıb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Qeyd olunub ki, bu gün Silahlı Qüvvələrin vahid proqram əsasında inkişaf etdirilməsi bu sahəyə məsul olan bütün qurumların öz vəzifələrini yüksək dəqiqliklə və qüsursuz icra etməsini şərtləndirir. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırış işini tənzimləyən, çağırış prosesində çevik qərarların qəbuluna imkanlar yaradan məlumat sistemlərinin inteqrasiyasına əsas verən və təkmilləşdirən hüquqi bazanın müasir dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması məqsədəuyğun hesab edilib.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması sahəsində aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyəti ifadə olunub.




Paylaş:


Müəllif : Tarix:
14-07-2023, 17:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər