reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bir bu qalmışdı...DYP postlarında sürücüləri sidiyə getməyə necə vadar edirlər?

reklam

Bir bu qalmışdı...DYP postlarında sürücüləri sidiyə getməyə necə vadar edirlər?












Rəhmətlik ustad Habil Əliyevin məşhur əhvalatı var: həkimdən qayıdanda pəltək qonşusu soruşur ki, nə olmuşdu, dərdin nə idi deyə dili topuq vura-vura soruşur. Kamança ustası əvvəlcə demək istəmir, yola verir, deyir ki, şəxsi problemim var idi. Amma pəltək əl çəkmir ondan, yapışır ki, azzarını danış, niyə həkimə getmişdin. Habil qayıdır ki, prostatımda problem var idi. Bu binəva pəltək qanmır, başa düşmür ki, nəyə işarə edir. Deyir ki, ay Habil müəllim, mən bisavad adamam, bu prostat dediyin nə mənə şeydi...Axırda canı boğazına yığılan sənətkar anlayır ki, bu pəltək qonşudan xilas yoxdur, gərək el dilində izah edəm. Ona görə qayıdır ki, a kişi, sən necə danışırsan, mən də elə işəyirəm...

Bu orijinal dialoqu yada salmaq təsadüfi deyil. Bu günlərdə tanınmış radio aparıcısı Raqif Raufoğlu efirində idrarın ifraz edilməsini hüquqşünasla müzakirə ediblər. Canlı efirdə radio aparıcısı ilə hüquqşünas yol polisi əməkdaşlarının postlarda sürücüləri saxlayıb, onlardan spirtli içki, narkotik istifadəsi şübhəsinə görə sidik testi verilməsi tələbini gündəmə gətiriblər. Anaxeber.info həmin verilişdə gedən müzakirələrə, bu efirin sosial şəbəkələrdə geniş şəkildə reaksiya doğurmasına diqqət yetirərək problemin aktuallığını gündəmə gətirib. Aparıcı ilə hüquqşünas yol polisi postlarında sidik analizi tələbini geniş müzakirə edərək məsələnin absurdluğunu qeyd ediblər. Məlum olur ki, Masallı rayon ərazisində, yəni Astaraya gedən yolun üstündə yerləşən yol polisi postunda sürücüdən şübhələndiklərini deyərək kustar tələb irəli sürüblər - sidik analizi ver. Təsəvvür edin ki, qanuna məhəl qoymadan, heç bir əndazəyə sığmadan, insanı təhqir edərək, əldə sübut olmadığı halda sidik analizinə postda məcbur edirlər. Əgər sürücü ailəsi, yaxını ilə birgədirsə, iki qat aşağılamaqdır. Bu nə deməkdir? Sürücü yerindəcə banka tapıb sidik ifraz etməli və yol polis əməkdaşına verməlidir ki, qanımdakı nəticəni yoxla? Bunun üçün ağız suyu kifayət edir. Belə məntiqsiz və absurd tələb əslində heç yerdə görünməyib deyə bilərdik, amma təkcə Masallı yol polisi postunda deyil, Bərdə istiqamətində də analoji biabırçılıq yaşanır. Bərdə yol polisi da belə utancverici və qanunsuz tələblər irəli sürür, şoferləri əsassız səbəblərlə saxlayıb incidir. Hətta Bərdə DYP-də bu fəaliyyət lap ibtidai səviyyədə təşkil olunub. Belə ki, YPX əməkdaşı sürücünün vəziyyətini bilmək üçün ovcunu uzadır, deyir ki, əlimin içinə üfür. Sonra ovcundakı qoxunu iyləyib nəticə çıxarır. Bu cür gülməli test heç Mozambik yol polisində yoxdur. Bərdə DYP isə bu "rəqabətdə" Masallı DYP-ni xeyli qabaqlayıb. Əgər biri sidiyə vadar edirsə, digəri ovcuna üfürdü. Yəni narkotest, eləcə də içki testi üçün xüsusi cihazlar, ən pis halda ağız suyu ilə yoxlama imkanları var. Amma harada görünüb ki, sürücü sidik analizi versin?! Əgər həmin vaxt sidik gəlmirsə, necə olacaq? Bu sualları aparıcı Raqif və hüquqşünas qonağı ətraflı müzakirə ediblər. Və təkcə müzakirə etməyiblər, həm də bu savadsızlığı, yersiz və təhqiramiz tələbləri ələ salıblar. Çünki narkotik və spirtli içki testi üçün indi müasir cihazlar, texnikalar mövcuddur. Yol polis əməkdaşı isə Masallı, yaxud Bərdə ərazisində lazımsız yerə maşını saxlayır, sürücüyə deyir ki, arvad-uşaq gözləsin, get qıraqda işə, sidik testi var. Bu nə rəzalətdir? Kimsə yuxuludursa, kimsə yorğundursa, kiminsə gözündə qızartı varsa, bu şübhə üçün əsas ola bilməz axı. Hər şey bir yana, Dövlət Yol Polisi bu problemi radiodan eşitdikdən sonra ərazi üzrə araşdırma aparmalıdır - Masallı, Bərdə və digər bölgələrdə... Araşdırıb ortaya çıxarmalı idi ki, radio aparıcısı ilə qonağı nə dərəcədə haqlıdır? Yolda sürücü saxlayıb sidik analizi tələbi hansı məntiqə və qanuna uyğundur? Qanunlara da nəzər yetirəndə məlum olur ki, hansı hallarda sürücü saxlana, cərimlənə və ya narkotik testinə göndərilə bilər. Deməli, ölkədə min bir problemlə üzləşən insanların qarşısına həm də belə əsəbləri tarıma çəkən təhqiramiz əngəllər çıxarılır. Hər halda Baş dövlət Yol Polis İdarəsi bu tragikomik vəziyyəti monitorinq edəcək.

Aparıcı Raqiflə qonağı efir boyunca bu məsələləri qeyd edərək bildirirlər ki, sidik analizi tələb edilə bilməz. Ən əsası isə istirahət mərkəzlərindən qayıdan ailəli sürücüləri saxlayıb bu tələbi irəli sürmək onları övladlarının qarşısında utandırmaqdır. Yəni adamın üzünə baxın necə demək olar ki, sən narkomana oxşayırsan. Hansı əsas, hansı əlamətlərə görə?

Üstəlik, Nazirlər Kabinetinin qərarı var - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən  edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi o halda ola bilər ki;

2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə;

2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə;

2.1.3. özünü idarə edə bilmədikdə.

Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir.

Yəni həkim müayinəsi olmalıdır. DYP postları isə öz "qaydaları" ilə işləyirlər. Gərək radioda müzakirə edilmiş bu məsələyə necə reaksiya veriləcək... 

Anaxeber.info




Paylaş:


Müəllif : Tarix:
15-07-2023, 12:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər