“Marqarita Simonyan və Kseniya Sobçaka qarşı sui-qəsdin qarşısı alınıb”
“Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) göstərişi ilə “Paraqraf-88” neonasist qruplaşmasının üzvləri tərəfindən təlim keçən şəxslərin RT kanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd törətməsinin qarşısını alıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi ilə birlikdə Ukrayna xüsusi xidmət orqanları tərəfindən RT telekanalının və “Rossiya Seqodnya İnternational”ın baş redaktoru Marqarita Simonyanın öldürülməsinin hazırlanmasının qarşısını alıb. Məlumatlara görə, Kseniya Sobçakın da qətli hazırlanırdı” – məlumatda bildirilib.
FTX iyulun 14-də Moskva və Ryazan vilayətində kəşfiyyat aparan “Paraqraf-88” neonasist qruplaşmasının üzvlərinin saxlanıldığını bildirib:
“İstintaq hərəkətləri zamanı onlar UTX-nin göstərişi ilə hər qətlə görə 1,5 milyon rubl mükafat üçün sui-qəsd cəhdlərinin hazırlandığını təsdiqləyiblər”.
İstintaq zamanı saxlanılan şəxslərdən “Kalaşnikov” avtomatı, onun üçün 90 patron, bıçaqlar, mis çəngəllər, rezin dəyənəklər, qandallar, nasist rəmzləri olan şevronlar və bayraqlar, nasist ədəbiyyatı, o cümlədən rabitə vasitələri və onların fəaliyyətini təsdiq edən məlumatlar olan kompüterlər götürülüb.
“İstintaq Komitəsi saxlanılan şəxslərə qarşı ekstremizm və terrorçuluq maddələri ilə cinayət işi açmağı planlaşdırır”, - FTB bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-07-2023, 15:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər