reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ruhi-əsəb dispanserində qeydiyyatda olan kişi itkin düşdü - Foto

reklam

Ruhi-əsəb dispanserində qeydiyyatda olan kişi itkin düşdü - Foto

















Sabunçu rayonu Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Qəhrəman Məmməd oğlu iyulun 14-də evdən çıxaraq itkin düşüb.

Bu barədə onun yaxınları Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Bildirilir ki, Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub.

Boyu 175-sm, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur.

Yaxınlarının polisə verdiyi məlumata görə itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır.

Q.Məmmədovu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Sabunçu Rayon İdarəsinin 12-ci Polis Şöbəsinin 012-450-02-02 və 055-805-93-93 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.





Paylaş:


Müəllif : Tarix:
16-07-2023, 23:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər