reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Putin "Vaqner"i Polşa-Litva sərhədinə göndərmək istəyir" - İddia

reklam

"Putin "Vaqner"i Polşa-Litva sərhədinə göndərmək istəyir" - İddia

















Ötən ay Moskva administrasiyasına qarşı üsyan bayrağını qaldıran muzdlu qrup “Vaqner”lə bağlı diqqətçəkən iddia irəli sürülüb.

Rusiyalı siyasətçi Andrey Kartapolov dövlət televiziyasında Rusiya Prezidenti Vladimir Putinin keçən ay qısa müddətli üsyana başlayan “Vaqner” əsgərləri ilə bağlı planının olduğunu açıqlayıb.

Kartapolov Putinin "Vaqner" qoşunlarını Polşa-Litva sərhədinə deportasiya etməyi planlaşdırdığını iddia edib.

Baltik bölgəsində NATO üzvü olan Polşa və Litvanın Rusiya tərəfindən gələ biləcək hücuma hazırlaşdıqları iddia edilir. Polşa kəşfiyyat orqanları bölgədəki vəziyyətə nəzarətlərin yüksək şəkildə davam etdiyini açıqlayıb.

Həmçinin Polşa rəsmiləri NATO və Rusiya üçün strateji əhəmiyyət kəsb edən bölgədə nə qədər “Vaqnerçi”nin Belarusa göndəriləcəyini araşdırıb.

İddia olunur ki, bu ərazi NATO-nun zəif tərəfidir və gələcəkdə Rusiya tərəfdən buraya hər hansı hücum ola bilər.




Paylaş:


Müəllif : Tarix:
17-07-2023, 16:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər