Əhəd Abıyev atçapan vaxtında İŞSİZ QALACAQ? - YENİ VƏZİFƏYƏ GEDƏCƏYİ DEYİLİR...
Məlum olduğu kimi, dünən Daşkəsənin 12 illik icra başçısı Əhəd Abıyev tutduğu vəzifədən azad edilib.RegionXəbərləricom.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, onun işdən çıxarılmasının dəqiq səbəbləri məlum deyil.
Lakin bəzi bilgilərə görə, Abıyev işdə yol verdiyi ciddi səhvdən dolayı vəzifəsindən azad olunub.
Amma Abıyevin yaxınları bu sərəncamı heç də onun “vurulması” kimi qiymətləndirmirlər. Əksinə, elə keçmiş icra başçısının öz dilindən iddia edirlər ki, yaxın günlərdə Əhəd Abıyev daha yüksək vəzifəyə təqdimat alacaq. Lakin bu həmin “yüksək vəzifə”nin konkret olaraq nədən ibarət olması barədə heç bir bilgi verilmir.
Qeyd edək ki, Əhəd Abıyev icra başçıları sırasında ən çox şikayət olunanlardan idi. Onun Daşkəsəndə bir sıra qanunsuzluqlara yol verdiyi də zaman-zaman mətbuatın gündəmində olub. Xüsusən son Xoşbulaq hadisələri keçmiş icra başçısının mövqelərinin laxlamasına səbəb olan amil kimi göstərilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2023, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər