Urmu gölü yox olmaq üzrədir
İran hakimiyyətinin Urmu gölünün bərpası ilə bağlı apardığı təbliğata rəğmən mütəxəssislər və ekoloqlar gölün yox olma təhlükəsi ilə üzləşdiyini bildiriblər.
Bu barədə Günaz Tv məlumat yayıb.
Qeyd olunur ki, İran mətbuatı İbrahim Rəisinin bundan əvvəl bölgəyə səfərini xatırladaraq yazır ki, Prezidentin səfəri zamanı Urmu gölünün bərpasını təlqin edən görüntülər gölün ən dərin nöqtəsində çəkilmiş təbliğat xarakterli saxta videolardan ibarət olub.
Urmu gölünün canlanması üçün suya olan tələbatı ildə təqribən 3,4 milyard kub metr təşkil edir. Hər il bu miqdarda su verilərsə, gölün ekoloji səviyyəyə- yəni 15 mld kub metr su həcminə çatması təxminən 5 il çəkəcək.
Mənbə qeyd edir ki, su sahəsi üzrə ekspert Ruzbeh İsgəndəri də İ.Rəisi hökumətinin Urmu gölünün bərpası və xilası prosesinin uğurlu olduğu barədə iddialarının əsassız olduğunu bildirib. O, gölün bugünkü səviyyəsi və ekoloji səviyyə ilə arada olan fərqə əsasən tamamilə quruyacağı ehtimalı olduğunu bildirib. Hazırda gölün 95 faizi quruyub və duz kütlələri ərazini səhralığa çevirib. Duz fırtınaları Şərqi və Qərbi Azərbaycan, o cümlədən Ərdəbil əyalətini ciddi təhlükə ilə üz-üzə qoyub.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2023, 14:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər