"REAL-ın qeydiyyatını ləğv etsələr, Erkin Qədirli mandatından imtina edəcək"
"REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək. Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik".
Bu barədə REAL Siyasi Komitəsinin üzvü Natiq Cəfərli AYNA-nın suallarını cavablandırarkən deyib.
"Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. Onun üç ildir deputat olaraq Azərbaycana qazandırdığı imic yerlə bir olacaq. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞPA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı", - Cəfərli bildirib.
Komitə üzvü qeyd edib ki, REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividendlər qazandırıb:
"Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq".
Xatırladaq ki, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov daha öncə Ədliyyə Nazirliyindən REAL partiyasına rəsmi cavab gəldiyini bildirib. Cavabda partiyanın siyahısında cəmi 463 nəfərin adı keçərli olduğu bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-07-2023, 22:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər