Xəstə qızını dəmir dirəyə bağlayan ata: 'Ailəliklə quru çörək yeyirdik...'
Polislər həyətə daxil olanda Nuranəni dəmir dirəyə bağlanmış vəziyyətdə görüb
Psixi xəstəlikdən əziyyət çəkən qızını zirzəmidə saxlamaq, həyətdəki dəmir dirəyə bağlamaq, quru çörək yedirmək kimi əməllərdə ittiham olunan ata özünü qismən təqsirli bilir. O etiraf edir ki, bu əməlləri edib. Lakin buna məcbur qaldığını deyir və ona kəsilmiş həbs cəzasının alternativ cəza ilə əvəzlənməsini istəyir.
Nuranə Bədəlova Mingəçevirdə yaşayan Bədəlovlar ailəsinin dörd övladından biridir. Rəsmi sənədlərə görə, onun hazırda 20 yaşı var. Amma atası Elman Bədəlov deyir ki, o, əslində 2000-ci ildə ev şəraitində dünyaya gəlib. Sadəcə doğum haqqında şəhadətnaməni üç il gec alıblar. Həkimlər Nuranəyə "orta dərəcəli əqli gerilik davranış pozğunluğu" və "kaxeksiya" diaqnozu qoyub.
Qızını qaranlıq zirzəmidə saxladığını etiraf edir
45-yaşlı Elman Bədəlov qızını ixtisaslaşmış müalicə müəssisəsinə yerləşdirmək əvəzinə, evdə saxlayıb, mütəmadi döyməkdə, qaranlıq, pis qoxulu zirzəmidə saxlamaqda və s. təqsirləndirilərək həbs olunub. Polislər məlumat əsasında Bədəlovların yaşadığı həyətə daxil olanda Nuranəni dəmir dirəyə bağlanmış vəziyyətdə görüb, bunun görüntülərini çəkiblər.
Bədəlov deyir ki, qızını xəstəxanada müayinə və müalicə etdirməyə pulu yox idi, bu üzdən apara bilmirdi. Xəstəliyi də gücləndikcə ona nəzarət etmək çətinləşirdi – evdən qaçıb gedirdi, polislər vasitəsilə tapıb gətirirdilər, qonşularla səs-küy salırdı, əşyaları sındırırdı... Deyir ki, bu üzdən onu bəzən zirzəmiyə salırdı, bəzən həyətdəki dəmir dirəyə bağlayırdı.
Qızına quru çörək verməsi haqda ittihamda yazılanlara gəlincə, Bədəlov belə cavab verib: "Təkcə Nuranə yox, hamımız quru çörək yeyirdik, çünki normal çörək almağa imkanımız yox idi. Ona görə quru çörək alırdıq. Hamımız da o çörəyi yeyirdik...".
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, Bədəlovlar ailəsində böyüyən məktəbyaşlı uşaqlar təhsildən kənarda qalıb. Onların heç biri məktəbə getmir.
Nuranə Bədəlovanın bədənində yanıq izləri də var. Amma onun necə, hansı şəraitdə yandığı aydınlaşmayıb. Atası və anası deyir ki, onlar həmin xəsarətlərin necə yarandığını bilmirlər. Ekspertin də suallarına qız aydın cavab verməyib.
"Evdə qazanc gətirən mən idim"
Bədəlov Cinayət Məcəlləsinin 133 (əzab vermə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirli bilinib və bu ilin mayında 3 il 2 ay azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib. Ailə vəziyyətinin – evin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını istəyib: "Ailədə azyaşlı – 10, 3 yaşlarında uşaqlar var. Evdə qazanc gətirən mən idim...".
Amma apellyasiya məhkəməsi onun şikayətini təmin etməyib.
"Elman Bədəlovun üzərində 3 il 2 ay saxlanılmaqla, məhkəmə onu ən aşağı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edib", – apellyasiya məhkəməsi iyulun 17-də qərarında belə yazır.
Bədəlov qərardan Ali Məhkəməyə şikayət verəcəyini deyib.
azadliq
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2023, 12:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər