reklam
Regionxeberlericom.az » Cəmiyyət » Netanyahu uğurlu əməliyyat keçirib

reklam

Netanyahu uğurlu əməliyyat keçirib


















İsrailin Baş naziri Benyamin Netanyahuya ürək stimulyatorunun quraşdırılması əməliyyatı uğurla keçib və baş nazirin səhhəti yaxşı qiymətləndirilir.

Bu barədə “Radio Kan” məlumat yayıb.

Bildirilir ki, o, “Tel HaShomer” Xəstəxanasının Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.

Qeyd olunur ki, Netanyahunun evə buraxılacağı və ya əlavə müşahidə üçün xəstəxanada qalacağı ilə bağlı hələ qərar verilməyib.

Xatırladaq ki, iyulun 15-də baş nazirin ofisi Netanyahunun tibbi müayinədən keçmək üçün qənaətbəxş vəziyyətdə Şeba Tibb Mərkəzinə gəldiyini bildirib. Baş nazir özü bildirib ki, bir gün əvvəl günəşdə çox olub və az su içib. O, ertəsi gün xəstəxanadan buraxılıb. Baş nazirin qısa müddətli xəstəxanada olması səbəbindən İsrail Nazirlər Kabinetinin həftəlik iclası iyulun 16-dan iyulun 17-nə keçirilib. “Yediot Ahronot” qəzeti iyulun 16-da xəbər verib ki, xəstəxanada 73 yaşlı Netanyahunun ürəyinə aritmiya monitorinqi üçün cihaz yerləşdirilib.




Paylaş:


Müəllif : Tarix:
23-07-2023, 12:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər