reklam
Regionxeberlericom.az » Cəmiyyət » Türkiyədə saxlanılan ictimai fəal Azərbaycana göndərilib - KİV

reklam

Türkiyədə saxlanılan ictimai fəal Azərbaycana göndərilib - KİV

















Türkiyədə yaşayan ictimai fəal Sona Yaqubovanın Azərbaycana deportasiya edildiyi bildirilir.

Bu barədə məlumatı Meydan TV-yə onun yaxınları təsdiqləyib. 

Sona Yaqubova iyunun 23-də qonşusunun şikayəti əsasında saxlanılmışdı.

Oğlu Oğuzxan Yaqubov bildirib ki, yaşadıqları binada qonşuları Mustafa Öztürk əvvəlcə anasını sözlə təhdid edib, ardınca fiziki şiddət göstərib. Polis məntəqəsinə getdikdə isə ictimai fəalın ölkədən çıxarılma qərarının olduğu məlum olub. Sona Yaqubova hazırda işlə bağlı məhkəmə getdiyini, bu səbəbdən ölkədən çıxarılmamalı olduğunu xatırlatsa da, əhəmiyyət verilməyib.

O.Yaqubov anasının iyulun 7-nə qədər Silivri Selimpaşa Geri Göndərmə Mərkəzində saxlanıldığını, daha sonra isə Ədirnə Geri Göndərmə Mərkəzinə aparıldığını bildirib. Oun sözlərinə görə, anası ilə pis davranıblar, yalnız Türkiyə Böyük Millət Məclisinin bir neçə üzvünün müdaxiləsindən sonra yanaşma üsulu dəyişib.

Olay Türkiyənin Yaşıl Sol Partiyasının millət vəkili Çiçek Otlu tərəfindən Millət Məclisində gündəmə gətirilib.

O, daxili işlər naziri Ali Yerlikayaya sorğu göndərdiyini deyib.

Hadisə ilə bağlı keçirilən məhkəmə prosesindən sonra ictimai fəal Azərbaycana göndərilib. 

Yaqubovlar ailəsi 2017-ci ildən Türkiyədə yaşayırdı.

Oğuzxan Yaqubov orta təhsil alır, anası isə xarici şirkətdə çalışırdı.




Paylaş:


Müəllif : Tarix:
23-07-2023, 14:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər