reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Palmali” Malatyada 100-ə yaxın konteyner quracaq - Fotolar

reklam

“Palmali” Malatyada 100-ə yaxın konteyner quracaq - Fotolar














“Palmali” Şirkətlər Qrupu Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən olan Malatyada "konteyner kent" qurur. 

Bu barədə şirkətin sözçüsü Fidan Quliyeva bildirib.

O qeyd edib ki, hələ də yüngül yeraltı təkanların qeydə alındığı bu ərazidə insanların konteyner və çadırlara böyük ehtiyacı var. Artıq şirkətin əməkdaşları əraziyə cəlb olunublar: “Mərkəzi Kahramanmaraş daxil olmaqla 7,7 bal gücündə baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntılara məruz qalmış bölgədə - Malatyadayıq. Hataydan sonra növbəti dayanacağımız məhz buradır. Gəlməyimizdə məqsəd "konteyner kent" qurmaqdır. "Palmali" şirkətinin əməkdaşları bura səfərbər olunublar. Malatyada səhərimizi yüngül yeraltı təkanlarla açdıq. Zəlzələ 3,4 bal gücündə idi. Amma insanlar arasında heç bir təşviş olmadı. Lakin insanların üzündə bir narahatlıq hissi hələ də var. Elə bugün də anladıq ki, burada istər konteynerlərə, istərsə də çadırlara böyük ehtiyac var”. 

F. Quliyeva bildirib ki, "Palmali" şirkəti Malatyanın "Yeşil yurt" adlanan ərazisində 100-ə yaxın konteyner quracaq.








Paylaş:


Müəllif : Tarix:
25-07-2023, 14:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər