reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Nazirlikdən məktub aldıq, bu, Ağ Partiyanın növbəti uğurudur"

reklam

"Nazirlikdən məktub aldıq, bu, Ağ Partiyanın növbəti uğurudur"


















““Siyasi partiyalar haqqında” yeni qanuna əsasən siyasi partiyaların yenidən reysteri üçün tələb olunan üzvlük siyahısını 10001 nəfər üzv olmaqla 05.07.2023-cü il tarixində Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə göndərmişdik. Nəzərinizə çatdırıram ki, Ədliyyə Nazirliyindən partiyamızın yenidən qeydiyyatı ilə bağlı cavab məktubu almışıq”.

Bunu Ağ Partiyanın sədri Tural Abbaslı özünün Feysbuk hesabında yazıb.

O bildirib ki, təqdim edilən siyahının Ədliyyə Nazirliyi tərəfindən yoxlanışının ilkin nəticələrinə görə 4435 nəfər üzv qeydə alınıb:

“3414 nəfər reysterdə görünmədiyi üçün bu şəxslər barəsində məlumatlar (adı, soyadı, ata adı) tərəfimizdən dəqiqləşdiriləcək.

Tərəfimizdən dəqiqləşdirilməsinə ehtiyac olduğu daha 1424 nəfərin partiya üzvü olmadığı, 430 nəfərin məlumatlarının təkrarlandığı və s. məlumatlar qeyd edilmişdi.  Bildirmək istəyirəm ki, texniki səbəblərdən reysterdə adları çıxmayan 3414 nəfər və partiyaçı olmadığı qeyd edilən 1424 nəfər işçi qrupumuz tərəfindən ən qısa zamanda araşdırılıb Ədliyyə Nazirliyinə təqdim ediləcək və əminəm ki, onların da böyük əksəriyyəti AĞ partiyaçı kimi qeydə alınacaqlar”.

T. Abbaslı qeyd edib ki, indiyə kimi nəticələri elan olunan partiyalar sırasında Ağ Partiyanın nəticəsinin birinci olması, Ağ Partiyanın və AĞ partiyaçıların növbəti uğurudur.




Paylaş:


Müəllif : Tarix:
27-07-2023, 14:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər