Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqləndi
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev “İstehsalat və məişət tullantıları haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Qanuna əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:
- nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;
“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:
- Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;
- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.
Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-07-2023, 15:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər