reklam
Regionxeberlericom.az » Cəmiyyət » Leysan yağacaq, hava sərinləşəcək - XƏBƏRDARLIQ

reklam

Leysan yağacaq, hava sərinləşəcək - XƏBƏRDARLIQ


Havanın kəskin dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında

İyulun 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

İyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək 25-28° isti olacaq.

Azərbaycanın rayonlarında

İyulun 29-dan 30-u səhərədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.




Paylaş:


Müəllif : Tarix:
28-07-2023, 16:24
Sikayət   


loading...
Загрузка...