reklam
Regionxeberlericom.az » Cəmiyyət » AZAL bizi təəcübləndirməkdən, həyəcanlandırmaqdan həzz alır.

reklam

AZAL bizi təəcübləndirməkdən, həyəcanlandırmaqdan həzz alır.









AZAL-dan bir lətifə:

İyul aynın 19-u səhər saat 9 radələrində Эльчин Захироглу ilə hava limanında görüşdük. İkimiz də etni tədbirdə iştirak etmək üçün İstanbula, oradan da Almatıya uçmalı idik. Qeydiyyat stoluna yaxınlaşıb pasportlarımızı təqdim etdik. Bizdən əvvəl və sonrakı pəncərədəkilərin qeydiyyatı da bitdi, lakin bizm pəncərədə oturan qız dedi ki, siz nədən onlayn qeydiyyatdan keçməmisiniz? Başa saldıq ki, arxayınçılıq etmişik. Qız dedi ki, təəssüf təyyarədə yerlər dolub. Soruşdum ki, bu necə olur?

Teref.az xəbər verir ki, bunu ünlü jurnalist Аida Eyvazova öz feysbuk səhifəsində yazır. Başına gələnləri nəql etməkdə davam edərək Aida xanım yazır:

Deyir ki, bəzən 100 yerə 103 bilet satırlar, fikirləşirlər ki, kimsə gəlməyəcək, o üç nəfər həmin boş yeri götürəcək. Sonda birtəhər qıza yer yazdırdıq, Elçinin yeri 31b, mənə isə ayaqüstü. Təəcübləndim yenə. Dedim ki, mən ayaq üstündə uçacam? Dedi, yox eee, heç qoyarammı siz ayaqüstə gedəsiniz!? Bir saatdan sonra minik başladı. Qız nə illah edirsə, yer tapa bilmir. Ancaq əlində VİP salonun biletlərini gətirib dedi ki, 9 dənə VİP vurun. Bu vaxt Elçin də kənarda kiminləsə danışırdı. Təhlükəsizlik işçisi salona gedən qapıları bağladı. Elçinin yanında səs-küy etməyə utandım. Fikirləşdim ki, hörmətsizlik olar. Təyyarənin havaya qalxmaq vaxtıdır, biz gözləyirik. Elçinə də bir şikayət edirəm ki, necə mədəniyyətsizdirlər, heç olmasa ayaqüstünü sənə yazaydılar. Deyirəm sən get, mən sonra gələrəm. Təbii ki, Elçin razılaşmadı.

Elçinin zəngindən sonra yenə təhlükəsizlik əməkdaşına zəng olundu. Və bu dəfə qapıları açıb, bizi təyyarəyə buraxdılar...

Son nəticədə Elçin öz yerində, mən isə VİP salonda Yuliy Qusmanla oturmalı oldum.

Demək Elçinin zəngi olmasaydı, biz uçmayacaqdıq...

AZAL bizi təəcübləndirməkdən, həyəcanlandırmaqdan həzz alır.

Aida Eyvazova





Paylaş:


Müəllif : Tarix:
29-07-2023, 10:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər