Netrebkonun Praqadakı konserti ləğv oluna bilər
Praqa merinin müavini İrji Pospişil konsert səhnəsinin yerləşdiyi İctimai evin rəhbərliyinə Rusiyanın Xalq artisti, opera müğənnisi Anna Netrebkonun oktyabrın 16-na planlaşdırılan konsertini ləğv etməyi tövsiyə edib.
Bu barədə CTK informasiya agentliyi bildirib.
Onun sözlərinə görə, tövsiyə Ukrayna səfirliyi ilə məsləhətləşmələrdən sonra edilib. Belə ki, ona Netrebkonun Kiyevin sanksiya siyahısında olması barədə məlumat verilib.
Bundan əlavə, merin müavini yuxarıdakı tövsiyənin Ukrayna tərəfinin heç bir təzyiqi olmadan, şəxsi təşəbbüs əsasında tərtib edildiyini vurğulayıb.
“Bizə heç nə diktə etmirlər, ancaq fikirlərini bildirirlər”, - Pospişil deyib.
Onun sözlərinə görə, İctimai evə verilən tövsiyə hələ o demək deyil ki, Netrebkonun konserti baş tutmayacaq. Onun keçirilməsinin mümkünlüyünün müzakirəsi davam etdiriləcək. Son qərarı konsert səhnəsinin rəhbərliyi verəcək.
İctimai evin rəhbərliyinin verdiyi məlumata görə, Netrebkonun konsertinə biletlərin 80%-i satılıb. Konsert baş tutmasa, təşkilatçılar və müğənni təzminat tələb edəcəklər.
Xatırladaq ki, daha əvvəl A. Netrebkonun Nyu-Yorkdakı Metropoliten-operadakı çıxışı ləğv olunmuşdu və bununla əlaqədar ifaçıya 200 min dollar təzminat ödənilmişdi.
O, Praqada sonuncu dəfə 2021-ci ilin dekabrında çıxış edib.
Qeyd edək ki, A. Netrebko Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun həyat yoldaşıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-07-2023, 10:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər