Qadınlara Çin malı ilə Avropa keyfiyyəti... - Camaatı belə xəstə salırlar...
Kənan Zeynalovun epilasiya aparatı qadınların dərisində, üzündə yara-xora yaradır… Biz bir media olaraq kosmetoloji avadanlıqların və lazer texnologiyalarının əleyhinə deyilik. Əksinə düşünürük ki, böyüklərimiz “Gözəllik ondur, doqquzu dondur” deyiblər.
Düzdür, böyük şairimiz Molla Pənah Vaqifin belə misraları da var: Ənliyi, kirşanı neylər camalın, Sən elə gözəlsən binadan, Pəri! Amma istənilən halda bəzək-düzəksiz keçinmək olmur. Və müasir dövrümüzü gözəllik salonları, lazer epilasiyası olmadan təsəvvür etmək olmur. Düzdür, bunun zərərli, orqanizm üçün fəsadları barədə də mediada kifayət qədər yazılıb.
Qısa olaraq qeyd edək ki, uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndəki arzuolunmaz olanlardan azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə ZƏRƏR VERMƏDƏM zərərli hesab etdiklərimizin kökünü və soğanaq hüceyrəsini məhv edir.
Sözün qısası, son illərdə Azərbaycanda da tibbi və kosmetoloji avadanlıqların satışı, təlimi və servisi genişlənib. Müxtəlif gözəllik salonları xaricdən gətirilən müasir avadanlıqlarla xanımlara qulluq edirlər. Amma təəssüf ki, bu xidmətin mənfi tərəfləri də ortaya çıxıb. Biz yuxarıda əbəs yerə yazmadıq ki...ZƏRƏR VERMƏDƏN...
Son illər bu istiqamətdə fəaliyyət göstərən ən böyük şirkətlərdən biri də AZCOSMETİCS.MMC şirkətidir. Şirkətin https://az-cosmetics.az/ saytına daxil olanda məlum olur ki, şirkət kosmetoloji avadanlıq və lazer texnologiyaları üzrə ixtisaslaşmış mühəndis Kənan Zeynalov tərəfindən təsis edilib. Şirkət 2013-cü ildə təsis edilib, yəni 10 ildir ki, fəaliyyət göstərir.
Şirkətin saytında qeyd edilir ki, Azcosmetics.MMC fəaliyyətdə olduğu 10 il ərzində dünyanın qabaqcıl ölkələrindəki zavodlarla əməkdaşlıq edərək, ən son innovasiyalı texnologiyaların ölkəmizdə satışı, təlimi və servisi ilə məşğuldur. Şirkət özü haqqında görün nələr yazır: Bu sahədə rəqib tanımayan və insanlarımıza layiqli xidmət göstərmək üçün yetəri qədər çətinliklərdən keçmiş və təcrübə toplamış kollektivimizin məqsədi alıcılara avadanlığın nə olduğunu mənimsətmək, avadanlıqla necə düzgün prosedur yerinə yetirməyi izah etmək və avadanlığa düzgün qulluğu öyrətməkdir. Azcosmetics.MMC müştəri etibarı üzərində qurulub və həqiqətdən qidalanmaqdadır. İndi isə keçək əsas mətləbə.
Deməli, məlumat üçün qeyd edək ki, Avropadan gətirilən lazer avadanlıqlarının qiyməti 150-200 min manat arasında dövr edir və istifadə zamanı lazer şüası xanımların dərisinə, ətraf hüceyrələrinə ZƏRƏR VERMİR. Amma özünü kosmetoloji avadanlıq və lazer texnologiyaları üzrə ixtisaslaşmış mühəndis hesab edən Kənan Zeynalov bilməmiş olmaz ki, Çindən alıb gətirdiyi və dəyəri 15-20 min manat olan lazer avadanlıqları qadınların üzündə, dərisində ciddi fəsadlar yaradır, yara-xora əmələ gətirir. Görəsən Kənan Zeynalov bilmir ki, müdriklər deyib ki, ucuz ətin şorbası olmaz. Və xaricdən ucuz qiymətə avadanlıqlar alıb gətirib milyonlar qazanmaq, qadınların səhhətində ciddi problemər yaratmaq, gözəllik əvəzinə, eybəcərlik yaratmaq heç bir mənəvi dəyərə uyğun deyil. Həm də bunun cinayət tərəfi də var. Bunu unutmayın, cənab Kənan Zeynalov !
P.S. Kənah Zeynalov, xatırladaq ki, sənin atan Famil Zeynalov da bir zamanlar Səhiyyə Sistemində sənin kimi addımlar atırdı. Aqibəti göz qabağındadır.
Ardı var...
Gündəlik Bakı
Paylaş:
Müəllif : Fuad
Tarix:29-07-2023, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər