Nazirliyin tövsiyəsini qulaqardına vuran universitetlər - Tələbələr nə etməlidirlər?
Keçən həftə Təhsil Nazirliyinin kollegiyası universitetlərə bu il qəbul olmuş tələbələrin təhsil haqqını hissə-hissə ödəməyə imkan vermələri haqqında xahiş və tövsiyə edib. Lakin sosial şəbəkələrdə bəzi universitetlərin bu tövsiyəni qulaqardına vurduqları barədə şikayətlər dilə gətirilir.
Universitetlərin tələbələrə şərait yaratmamalarının səbəbini təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a izah edib.
O bildirib ki, təhsilin əlçatımlığı bəzi universitetlər tərəfindən təmin olunmur:
“Hər bir şəxsin təhsil almaq hüququ var. Hətta Prezident ona görə bu il 8000 ödənişsiz plan yerlərini artırdı ki, maddi imkanı aşağı şəxslər ödənişli yox, ödənişsiz oxusunlar. Amma bəzi tələbələr var ki, plan yerlərinə uyğun olaraq, ödənişsiz yox, ödənişli qəbul olublar. Bir neçə gün öncə Təhsil Nazirliyi də xahiş etdi ki, kömək edin, şərait yaradın uşaqlara. Yenə misal çəkirəm ki, Türkiyədə çox ciddi güzəştlər edirlər uşaqlara. Məsələn ödənişi 2-3 dəfəyə bölürlər, hətta özləri təqaüdlər ayırırlar".
K.Əsədov tələbələrə pulu hiss-hissə ödəməyə imkan yaratmayan universitetlərin adlarını da açıqlayıb:
"Məndə olan məlumata görə hazırda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası çox ciddi problemlər yaradır bununla bağlı. Bu siyahıda Bakı Dövlət Universitetinin də adı var. İstəməzdik əlbəttə ki, bu universitetin adı bu siyahıda olsun. Amma ən çox şikayət Bədən Tərbiyəsi və İdman Akademiyasındandır. Hətta bizə daxil olan məlumata görə valideynlərini itirmiş şəxslər var ki, onlar təhsil haqqının yarısını ödəməlidirlər. Buna da əməl olunmur. Həmçinin özəl universitetlərdə də bu problem var. Onların dediyinə görə bu xahiş yalnız dövlət universitetlərinə aiddir. Amma yenə deyirəm, hər bir universitet Təhsil Nazirliyinin kollegiyasının üzvüdür. Əgər Təhsil Nazirliyi tələbələrin tərəfində olaraq belə bir təklif irəli sürürsə, burada quruluşundan, formatından, mənsubiyyətindən asılı olmayaraq, bütün universitetlərə şamil olunur. Həm dövlət, həm də özəl universitetlərə.
Azərbaycan Respublikasının Təhsi Nazirliyi təhsili idarə edən orqandır. Bu kollegiyaya rəhbərlik edən bir qurumdur. Düzdür, kollegiyanın qərarı yoxdur, bu tövsiyyə xarakteri daşıyır”.
Bilirsiz problem nədir? Azərbaycanda bütün universitetlər Təhsil Nazirliyinə tabe deyil, birbaşa qəbul 42 universitetədir. Formatına baxıldıqda Bədən Tərbiyəsi və İdman Akademiyası Gənclər və İdman Nazirliyinə tabedir. Bakı Dövlət Universiteti publik hüquqlu şəxsdir, yəni müstəqildir və s. Amma onlar kollegiya üzvüdürlər. Bu tövsiyyə onlara da aiddir”.
Ekspert Təhsil Nazirliyinin bu barədə qərar çıxarmalı olduğunu deyib:
“Mənim bu qədər narahat olmağımın səbəbi odur ki, sabah qeydiyyatın axrıncı günüdür. Valideynlərə problemlər yaradırlar. Onlar Təhsil Nazirliyinə inandılar. Ən azından Təhsil Nazirliyi bunu qərar halına salmalıdır ki, insanların əlində sübutları olsun. Lap tövsiyyə olsun, öz saytında bunu yazsa, valideynlər bunu əllərində əsas olaraq aparar. Bunlar bir şeyi başa düşmürlər ki, mən pulun yarsını ödəyirəmsə, yarı il oxuyub qaçası deyiləm ki, mənim həm pulum həm zamanım gedir. Bir sözlə, güzəşt edilməsi zəruri məsələdir. Bu mütləq olmalıdır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-08-2019, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-08-2019, 12:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07