reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanın axtarışa verdiyi erməni terrorçular... - Siyahıda kimlər var?

reklam

Azərbaycanın axtarışa verdiyi erməni terrorçular... - Siyahıda kimlər var?
















Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Laçın postunda Xocalı soyqırımının iştirakçısı olan Xaçaturyan Vaqif Çerkezoviç həbs olunub.

Həbsə qədər Xaçaturyan beynəlxalq axtarışa verilmişdi.

Cebhe.info xəbər verir ki, Azərbaycanın beynəlxalq axtarışa verdiyi ermənilərin sayı 500-ə qədərdir. Onlardan ictimaiyyətdə tanınanların siyahısını təqdim edirik.

Beynəlxalq axtarışda olanlardan biri “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun 1994–2000-ci illər arasında “baş komandanı” və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının separatçıların yanındakı nümayəndəsi Samvel Babayandır.

“Dağlıq Qarabağ Respublikasının prezidenti” elan edən Araik Arutyunyan, onun köməkçisi David Babayan, qondarma rejimin “müdafiə naziri” adlandırılan Cəlal Arutunyan və deputat Armen Babacanyan da beynəlxalq axtarışa verilən sırasındadır. Digər beynəlxalq axtarışa verilənlər isə silah qaçaqmalçılığı ilə məşğul olan “iş adamları”dır.

Belə ki, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan Qarabağa qanunsuz silah daşıdığı üçün beynəlxalq axtarışa verilib. Qeyd edək ki, Karapetyan dünyanın ən varlı erməni biznesmeni hesab olunur. O, Robert Koçaryanın həbsdən azadlığa çıxması üçün 4 milyon girov qoyan biznesmenlərin siyahısında idi.

Beynəlxalq axtarışda olan David Qalustyan da Ermənistanda silah baronu kimi tanınır və ləqəbi “Patron Davodur”.

“KOMEX” şirkətinin baş direktoru, eyni zamanda Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyan da qanunsuz silah qaçaqmalçılığına görə beynəlxalq axtarışda verilib.

Qondarma rejimin “XİN rəhbəri” David Babayan da Azərbaycanın beynəlxalq axtarışa verdiyi cinayətkarlardandır.

Beynəlxalq axtarışda olan ermənilərin siyahısında Aram Nikolyan da var. Xatırladaq ki, Nikolyan aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandırmışdı.

Cebhe.info




Paylaş:


Müəllif : Tarix:
31-07-2023, 12:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər