Azərbaycanlı həkimə ABŞ-də yüksək vəzifə verildi

Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub.
Diasporla iş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, həmyerlimiz, eyni zamanda cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edəcək.
Rauf Şahbazov buna qədər Nyu-York ştatının Sirakyus şəhərindəki UPSTATE Tibb Universitetində çalış
Azərbaycan Tibb Universitetinin məzunu olan həkim MD, PHD, MRCS Ed, FEBS, qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir.
Bakıdakı 5 nömrəli Kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-yə dəvət alıb.
Qeyd edək ki, R.Şahbazov Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-08-2023, 18:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT