reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazirlik Əhməd Oruca bir ay vaxt verdi

reklam

Nazirlik Əhməd Oruca bir ay vaxt verdi

















Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən Azadlıq Partiyasına imtina cavabı verib.

Bunu Modern.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

“Ədliyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən bizə bildirildi ki, müəyyən adlarla, əsasən də şəxslərin doğulduğu gün və aylarla bağlı dəqiqləşdirmələrə ehtiyac var. Buna görə bizə bir ay vaxt verildi”, - partiya sədri deyib.

Əhməd Oruc imtinaya səbəb kimi onlara birbaşa məlumat verilməməsini göstərib:

“5100 nəfərdən çox üzvün adını siyahıda təqdim etmişdik. Lakin imzalanma iki mərhələdə keçirildi. Partiyalara qeydiyyatla bağlı məlumat vermişdilər. Bizə bağlanacaq partiyalar sırasında olacağımızı düşünərək məlumat verməmişdilər. Biz də digər partiyalardan formanı alıb, doldurduq. Daha sonra məlum oldu ki, ikinci formada ay və gün məsələləri də var. Çalışdıq ki, nə qədər mümkündür ay və günləri düzəldək. Mən düşünürəm ki, bir vətəndaşın 1964-cü ilin sentyabrında, yaxud oktyabrında anadan olmasının fərqi yoxdur. Əsas odur ki, yaşı uyğun gəlir”.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP və Ümid partiyası da var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.




Paylaş:


Müəllif : Tarix:
2-08-2023, 11:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər