Ədliyyə Nazirliyi MCP-nin siyahısını da qəbul etmədi
“Milli Cəbhə Partiyasının (MCP) yenidən qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi cavab göndərib. Biz 5396 nəfər üzvlərin məlumatını göndərmişdik. Onlardan 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur. 90 nəfər başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir”.
Bu barədə MCP məlumat yayıb.
“210 nəfər MCP üzvü olmadığını deyib, 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib.
Siyahımızda ciddi problemlər yoxdur, deyilən çatışmazlıqları aradan qaldırıb yenidən təqdim edəcəyik.
Təqdim etdiyimiz 5396 nəfərdən 3504 nəfər qəbul edilib. 845 nəfərin sadəcə bəzi məlumatları dəqiqləşdirlməlidir və bunu edəcəyik. Bu rəqəmi də üzərinə gəlsək bu günə aşağı-yuxarı 4349 nəfər var. Hərçənd ki, bizim əlimizdə hələ 2015-ci ildən qalan üzvlər siyahısı var. Onları tam saf-çürük edə bilməmişdik və proses davam edirdi. Yəni biz oturub Ədliyyə Nazirliyinin nə deyəcəyini gözləmirdik və bu zaman ərzində partiya mənsubları ciddi işləyib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Milli Cəbhə Partiyası 2020-ciildə deputat Razi Nurullayev tərəfindən yaradılıb. Həmin ildə də dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, indiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.
Ədliyyə Nazirliyi indiyə qədər AXC, Müsavat, REAL, Ümid, AMİP, AĞ, Ədalət, VHP, BAXCP və s. partiyalara mənfi cavab verib.
Yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-08-2023, 20:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər