AQTA bu çörək istehsalçıları ilə bağlı məlumat yaydı - Siyahı
"Multimonitorinq Planının icrası çərçivəsində cari dövr ərzində Agentlik tərəfindən 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə çörək məmulatlarından 108 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib".
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəkdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb:
"Aşkar olunmuş nöqsanlarla əlaqədar yoxlama aparılmış 11 müəssisə barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Agentlik tərəfindən çörək məhsullarının yoxlanılması zamanı media və sosial şəbəkə hesablarında qeyd olunan qida əlavəsi aşkarlanmayıb.
Laborator müayinə nəticələri uyğunsuz olan (kif və maya göbələkləri aşkarlanan) çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
№ Müəssisə Ünvan
1. "Magnat Group" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a
2. Fiziki şəxs Yusubova Təhminə Yusub qızı Abşeron rayonu, Məhəmmədi kəndi
3. Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30
4. Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7
5. Fiziki şəxs Rəcəbov Qurban Malik oğlu Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27
6. Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı Gəncə şəhəri, N.Nərimanov küçəsi 54
7. “Arizoğlu” MMC Gəncə şəhəri, 1-ci mkr
8. “Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi Füzuli rayonu, Horadiz şəhəri
9. "Bərdə-Çörək" ASC Bərdə rayonu, S.Vurğun küçəsi 18
10. Fiziki şəxs Məmmədova Arzu Nəsir qızı Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi
11. Əhmədov Elnur Namizəd oğlu Yevlax şəhəri, H.Əliyev prospekti 101".
Paylaş:
Müəllif : Fuad
Tarix:4-08-2023, 20:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər