reklam
Regionxeberlericom.az » Cəmiyyət » Terrorçular girov qadınları İrana aparır - Hansuri

reklam

Terrorçular girov qadınları İrana aparır - Hansuri


Hələ də yüzlərlə yezidi qadın terrorçuların əsirliyindədir.
Bu sözləri iraqlı yezidi fəal Əli Hüseyn əl-Hansuri deyib.
O bildirib ki, bu yaxınlarda girovluqdakı qadınlardan 4-ü İranda tapılıb:
“İranda çoxlu yezidi qadın var. Onların əksəriyyəti 2 il öncə bu ölkədə peyda olub. Fəqət, biz o qadınlar barəsində heç nə bilmirik. Bu qızlarla bağlı əhvalat yeni ortaya çıxıb. Bu əhvalatın kədərli olması beyinlərin tamamilə “yuyulmasının” nəticəsidir. Onlar islamı seçdi, öz dillərini unutdu və indi keçmişi xatırlamırlar. 5 il öncə, azyaşlı olarkən qaçırılıblar.
Mənimlə əlaqə yaradan şəxs qızların hər biri üçün 20 min dollar istədi. Hazırda o qədər pulumuz yoxdur. Qızların həyati təhlükəsindən dolayı məsələni polisə də bildirmək istəmirik”.


Paylaş:


Müəllif : Tarix:
27-08-2019, 08:49
Sikayət   


loading...
Загрузка...