Boş iş yerini gizlədən şirkətlər cərimələnəcək - QANUN QÜVVƏYƏ MİNDİ
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, dəyişikliklər şirkət və digər sahibkarlıq subyektlərində işçilərin işə götürülməsi, boş iş yerləri haqqında məlumatların məşğulluq xidmətinə vaxtında təqdim edilməsi, eləcə də qanunsuz işədüzəltmə fəaliyyəti ilə məşğul olma ilə bağlı yeni cərimələrin tətbiqini nəzərdə tutur. Dəyişikliklərə əsasən:
Eləcə də bax: İşədüzəltmə şirkətləri nəzarətə götürülür – HÖKUMƏTDƏN QƏRAR, YENİ TƏLƏBLƏ
1. Məcəllədə 43.1-ci maddəyə “538-1,” rəqəmlərindən sonra “540.5,” rəqəmləri əlavə edilir.
2. 194-cü maddənin dispozisiyasında “əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər” sözləri “sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən” sözləri ilə əvəz edilsin və “, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə” sözləri çıxarılsın.
3. 523-cü maddənin “Qeyd” hissəsində “işsiz statusu almış” sözləri “işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış” sözləri ilə əvəz edilsin.
4. 540-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 540. Məşğulluq haqqında qanunvericiliyin pozulması
540.1. İşəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
540.2. İşəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə -

540.4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsinin işəgötürən tərəfindən müvafiq həmkarlar ittifaqı orqanlarına əvvəlcədən (azı 3 ay əvvəl) yazılı məlumat verilmədən və ya işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmadan həyata keçirilməsinə görə -

540.5. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.6–4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə -
vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.”.
5. 576-cı maddə üzrə:
5.1. adına və 576.1-ci maddəsinə “Azərbaycan” sözündən əvvəl “Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsi, habelə” sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda 576.3-cü və 576.4-cü maddələr əlavə edilsin:
“576.3. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə -

576.4. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanılmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-08-2019, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-08-2019, 09:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29