Azərbaycan Rusiyanın axtardığı şəxsi tutub TƏHVİL VERDİ
Rusiya Federasiyasının Baş Prokurorluğu ilə qarşılıqlı beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir.
Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, Rusiyada rüşvət alma cinayətini törətməkdə təqsirləndirilərək barəsində dövlətlərarası axtarış elan edilmiş, həmin ölkənin vətəndaşı 1978-ci il təvəllüdlü Taukin Danil Pavloviçin verilməsinə dair Rusiya Federasiyasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Belə ki, D.P.Taukin cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib və D.P.Taukin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-08-2023, 17:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər