reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həyat yoldaşı tərəfindən ayaqlarına şprislə tüpürcək vurulan Ruhiyyə Bakıya gətirildi - VİDEO

reklam

Həyat yoldaşı tərəfindən ayaqlarına şprislə tüpürcək vurulan Ruhiyyə Bakıya gətirildi - VİDEO


Həyat yoldaşı tərəfindən şprislə ayağına tüpürcək vurulan Kürdəmir sakini Ruhiyyə Mahmudova müalicə üçün Bakıya gətirilib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, Ruhiyyə artıq müalicəsini Bakıdakı tibb müəssisələrindən birində davam etdirəcək:

“Bu prosesdə bizə dəstək olan, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Onu M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirdik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, komitənin mətbuat katibi Teymur Mərdanoğlu, TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinə məsələni daim nəzarətdə saxladıqları üçün minnətdaram. Kürdəmir Rayon İcra Hakimiyyəti də gec də olsa, baş çəkib.

Ruhiyyənin təhlükəsizliyinin tam təmin olunması ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına da müraciət edilib”.

Qeyd edək ki, azyaşlı qızı boğularaq öldürülən, həyat yoldaşı tərəfindən ayağına şprislə tüpürcək vurulan Kürdəmir şəhər sakini Ruhiyyə Mahmudova bir müddətdir müalicə üçün tibb müəssisəsinə yerləşdirilməyi gözləyirdi. Onun bir övladı da bir neçə gün öncə sığınacağa yerləşdirilib.





Paylaş:


Müəllif : Tarix:
9-08-2023, 18:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər