Zəlzələdən 180 gün sonra məzarları tapılan ana və qızının - Fotoları
6 fevralda Hatayda baş verən zəlzələdə dağılan binaların birində yaşayan ana və qızın məzarları zəlzələdən 180 gün sonra müəyyən edilib.
5 il əvvəl həyat yoldaşından ayrılan müəllim Biray Beşerekli və qızı Nazende Dila Açıkgözün məzarı DNT uyğunluğu ilə tapılıb.
Ana və qızı fevral ayında kimliyi məlum olmayan şəxslərin qəbiristanlığında dəfn olunub.
Biray Beşereklinin atası Mehmet Beşerekli və həyat yoldaşı Nilay Bulgurcu Beşerekli Ədliyyə Tibb Təşkilatına gedərək DNT testi verib.
Nəticədə Biray Beşerekli və qızı Nazende Dila Açıkgözün məzarlarının kimliyi müəyyən edilib.
Ailə aldıqları xəbərlə Hataya gedərək qiyabi cənazə namazı qılıb və ölən şəxslər üçün dua edib.
Qızı Biray Beşeriklinin Hatay Şəhidlər Qəbiristanlığında 915 nömrəli, nəvəsi Nazende Dila Açıkgözün isə 369 nömrəli məzarda torpağa tapşırıldığını bildirən Mehmet Beşerekli zəlzələni ağlından çıxara bilmədiyini deyib:
"Bizim üçün qiyamət əlaməti kimi idi. Gördüklərimizə təəccübləndik. Mən də eyni şeyi yaşadım. Dünyanın sonu gəldiyini düşündük. Bir an əvvəl dayanması üçün dua etdim. Sözlər yetərli deyil".
Paylaş:
Müəllif : Fuad
Tarix:10-08-2023, 22:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər