reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu da 'Kapital Bank'ın TƏZƏ OYUNUDUR... - Vəzifə borclarından da PUL QAZANIRLAR...

reklam

Bu da 'Kapital Bank'ın TƏZƏ OYUNUDUR... - Vəzifə borclarından da PUL QAZANIRLAR...

"'Kapital Bank', fising/skimminq xidməti də təzə oyundur? 5 ilə yaxındır "Birkart" istifadə edirəm, amma indi 4,74 AZN pul çıxılıb balansımdan". Regionxeberlericom.az bildirir ki, bu barədə paylaşımında tanınmış jurnalist Çingiz Səfərli giley edir.


"Operatora zəng etmişəm, deyir ki, sizin pulunuzu dələduzlara qarşı qoruduğumuz üçün bu vəsait tutulur və müqavilədə də öz əksini tapıb" deyə üzləşdiyi problemi izah edən jurnalist daha sonra əlavə edib:

"Yaxşı, əgər müqavilədə belə bir şey var idisə, niyə 5 ildir tutulmurdu, bu ildən başlanılıb?

Bankın vəzifəsi zatən müştərinin pulunu qorumaq, dələduzların müdaxiləsinə imkan verməməkdir. Müştəri indi nə üçün vəzifəniz olan bir şeyə görə sizə pul ödəməlidir? Burada məntiq hardadır?

Əgər kart və 3D security məlumatları kiməsə verilmədən müştəri dələduzluğa məruz qalacaqsa, onda gedin özünüzü dənizə atın. Bu etdiyiniz soyğunçuluqdur və bunun başqa bir adı yoxdur. Elə ən böyük dələduz siz özünüzsünüz. Təəssüf ki, özümüzü sizdən sığortalaya bilmirik".




Paylaş:


Müəllif : Tarix:
12-08-2023, 08:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər