reklam
Regionxeberlericom.az » Cəmiyyət » Fətullah Gülən ABŞ-dan bu ölkəyə qaçır - ŞOK İDDİA

reklam

Fətullah Gülən ABŞ-dan bu ölkəyə qaçır - ŞOK İDDİA











FETÖ lideri Fəthullah Gülən ABŞ-dan çıxmağa hazırlaşır.

RegionXəbərləricom.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist, “Hürriyət” qəzetinin əməkdaşı Nədim Şənər məlumat yayıb.

“FETÖ lideri Gülən Mehmet Əli Şəngülün ölümü, daha əvvəl də Pensilvaniya ştatındakı evində zəhərlənməsi, ekstradisiya oluna biləcəyi qorxusu, bununla yanaşı, təşkilat daxilində hakimiyyət mübarizəsi zamanı onun öldürülə biləcəyi ehtimalını nəzərə alaraq təşvişə düşüb. Gülən özünü təhlükəsiz hiss edəcəyi başqa ölkəyə getmək üçün hazırlıqlara başlayıb. Onun bununla bağlı rəsmi qurumlara müraciət etdiyi də bildirilir”, - N.Şənər vurğulayıb.

Bundan başqa, “Sabah” qəzetinin əməkdaşı Mehmet Övür də məsələ ilə bağlı fikirlərini bölüşüb. O iddia edib ki, rəsmi Ankaraya Gülənin İsveçrəyə gedəcəyi ilə bağlı xəbər gəlib:

“Ancaq FETÖ daxilindəki savaşlarda Gülən üçün təhdid sayılan Mustafa Özcan (MÖZ) qruplaşması da mövcuddur. Bu qruplaşmanın İsveçrədə təsir gücü yüksəkdir. Gülən Pensilvaniyada deyil, təşkilatı ələ keçirməyə çalışan Mustafa Özcanın təsirli olduğu İsveçrədə daha təhlükəsiz yaşayacaqmı? Bu inandırıcı deyil”.




Paylaş:


Müəllif : Tarix:
13-08-2023, 08:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər