reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azneft İB Neft Daşları NQÇİ- rəhbərliyi üçün məlumatlandırma

reklam

Azneft İB Neft Daşları NQÇİ- rəhbərliyi üçün məlumatlandırma
















İşçilərin iş vaxtının rejiminin tənzimlənməsi üçün tədbiq olunmalı əmək qanunvericiliyi

ARƏM Maddə 95. İş vaxtının rejimi

1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı:

müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi,

Kollektiv müqavilə ilə müəyyən edilir.

Xüsusi qeyd: Kollektiv müqavilə dedikdə sahə rəislərinin tələsik keçirtdiyi (keçirtmədiyi), iclasın protokolu yox, hər il NQÇİ rəhbərliyi ilə Həmkarlar Təşkilatı arasında bağlanmış Kollektiv müqavilə (ARƏM maddə 29 ) nəzərdə tutulur. 

2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

Hörmətli neftçilər ! Sizin iş qrafikinizin (əsasən də 7/8 iş günü) hansı sənədlə tənzimləndiyini , rəhbərlikdən və HT-dan tələb edin sizi tanış etsinlər!

Mirvari Gahramanli




Paylaş:


Müəllif : Tarix:
13-08-2023, 08:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər