reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 14 avqust

reklam

Bürclər- 14 avqust













Qoç, 14 avqust, 2023-cü il

Gün əla başlayacaq. İlk yarısında bir çox təşəbbüsləriniz uğurlu olacaq. Buna görə də, boş yerə vaxt itirməməyə çalışın, dərhal ciddi və vacib işləri həyata keçirməyə çalışın.

Bəzi qeyri-adi tədbirlərə dəvət oluna bilərsiniz. Bu kimi tədbirlərdən imtina etməyin. Çünki siz yalnız əla vaxt keçirməyəcəksiniz, həm də dərhal bəyənəcəyiniz insanlarla tanış olmaq şansı əldə edəcəksiniz.

Axşam saatlarında çox işləməyin və mühim qərarlar qəbul etməyi axşama saxlamayın.  Sizi də mükəmməl şəkildə başa düşən insanlar var. Onlarla sakit və xoş zaman keçirə bilərsiniz.

Buğa, 14 avqust, 2023-cü il

Yeni tanışlarla tez bir zamanda ümumi dil tapmaq bacarığı bu gün sizin üçün çox faydalı olacaq. Məhz onun sayəsində siz çoxdankı problemləri həll edəcək, çox səy göstərdiyiniz işi uğurla başa çatdıracaqsınız. Gün planların müzakirəsi üçün də münasib olacaq.

Təklifləriniz çoxlarını maraqlandıracaq, etibarlı köməkçilər tapacaqsınız.

Bu gün alış-verişlərinizə diqqət edin.  Bu gün sizi və ya yaxınlarınızı uzun müddət sevindirəcək qeyri-adi, heyrətamiz hadisələr baş verəcək.   Aşiq Buğalar sevdiklərinə  unudulmaz sürprizlər edəcək.  Ağlınızdan evlilikmi keçir?

Əkizlər, 14 avqust, 2023-cü il

Uzun müddətdir ki, beyninizi qarışdıran suallara aydın və dəqiq cavablar alacaqsınız. Siz əslində bu sualların cavabını daha əvvəl dətəxmin etmişdiniz.   Planlarınızla bağlı qərar vermək asanlaşacaq.

Hadisələrin necə inkişaf edəcəyini və nəyə diqqət yetirməli olduğunuzu başa düşəcəksiniz. Əvvəlcə hamı sizinlə razılaşmasa da, günün sonunda düzgün qərar verdiyinizə hamı şahid olacaq.

Günortadan sonra başlayan işləri başa çatdırmaq əzmkarlıq tələb edəcək.

Başladıınız bir işdə çətinliklə qarşılaşan kimi geri addım atmaq vərdişinizdən əl çəkin.

Xərçəng, 14 avqust, 2023-cü il

Hər şey istədyiniz kimi yolunda getmir.  Bəli, bu gün asan gün deyil. Günün birinci yarısında  sizi əsəbləşdirəcək  anlaşılmazlıqlar olacaq.

Nikbin olun, özünüzə, qabiliyyətlərinizə inanın. Belə olarsa, vəziyyətin öhdəsindən gələ biləcəksiniz.  Yaxınlıqda sizə hər an kömək etməyə, dəstək olmağa, yaxşı məsləhət verməyə hazır olan insanlar var.

Günün ikinci yarısı ünsiyyət üçün çox əlverişli olacaq. Bu zaman həm köhnə, həm də yeni tanışlarla söhbət və müzakirələriniz uğurlu olacaq.  Əvvəllər sırf işgüzar xarakter daşıyan münasibətlərinizdə səmimilik yaranacaq. Hətta təşəbbüs göstərsəniz, bu münasibətlərin romantik olma ehtimalıda var.

Şir, 14 avqust, 2023-cü il

Gün romantik keçəcək. Xoşunuza gələn insanla görüş üçün ideal gündür.  Ünsiyyətdə heç bir  problem yaşamayacaqsınız. Bu gün gərginlikdən uzaq olacaqsınız. Söhbətiniz maraqlı mövzularla davam edəcək.  Birlikdə həyata keçirmək istədiyiniz bəzi vacib planlarınızı müzakirə edəcəksiniz.

Bu gün çoxu sizi yaxından tanımağa cəhd edəcək.  İstedadlarınız diqqətdən kənarda qalmayacaq. Onların sayəsində maraqlı iş təklifləri alacaqsınız.

Qız, 14 avqust, 2023-cü il

Rahat atmosferdə ciddi məsələləri müzakirə etmək üçün yaxşı gündür. Bu gün bütün söhbətlər sizin xeyrinizə olacaq.  Vacib məsələlərdə razılığa gələcəksiniz, düzgün qərarlar qəbul edə biləcəksiniz. Əvvəllər sizinlə ehtiyyatla davranan insanlar səhv etdiklərini anlayacaq və daha mehriban olacaqlar.

Dostalrnız, ailə üzvləriniz və yaxınlarınızla səfər çıxmaq sizə fayda verəcək. Bu səfər həm onlarla daha səmimi olmaa şərait yaradacaq, həm də istirahət edəcəksiniz.

Uğurlu alış-veriş etmək şansı olacaq.

Bəzi Qızlar çoxdan axtardıqlarını əldə edə biləcəklər.

Tərəzi, 14 avqust, 2023-cü il

Son günlərə qədər bəzi vəziyyətlər sizi qorxudurdu.  Sizə çətin görünən  bu mərhıləni keçmisiniz.  Bu gün  qələbənizi qeyd edə bilərsiniz.

Bu gün həm də əvvəllər diqqətdən kənarda qalan fürsətləri görəcəksiniz. Bu fürsətlərdən necə yararlanacağınıza qərar verə biləcəksiniz. Yeni tanışlar köməyə həvəslə gələcəklər, onların dəstəyi sayəsində istədiyiniz nəticəni əldə etmək asanlaşacaq.

Çalışın ki, bu gün şəxsi münasibətlərlə bağlı vacib qərarlar verməyəsiniz.  Çünki bu gün  ürəyinizin tam olaraq, nə istədiyinə qərar verə bilmirsiniz.

Bu səbəbdən də özünüzə bir az vaxt verin, vəziyyətin inkişafını izləyin.

Əqrəb, 14 avqust, 2023-cü il

Bu gün yeni tanışlıqlara üstünlük verməyin. Yeni işlər götürməyiniz tövsiyyə edilir. Çünki onların öhdəsindən mükəmməl gələcəksiniz. Bu gün keçilməz çətinlikləriniz olmayacaq. Uğurlarınız göz önündə olacaq.

Bəzi Əqrəblər başqasının təcrübəsinə ehtiyac duyacaq.

Bu təcrübələr əsasında qərarlarında diqqətli olan Əqrəblər səhv etməyəcək, heç bir şeyi gözdən qaçırmayacaqlar.

Bütün vacib söhbətlər günortaya planlaşdırılmalıdır.

Bu zaman başqalarını mükəmməl şəkildə başa düşəcəksiniz, heç kim sizi yoldan çıxara və ya çaşdıra bilməz. Əvvəllər sizi başa düşməyən insanlarla  dil tapmaq asanlaşacaq.

Oxatan, 14 avqust, 2023-cü il

Günün birinci yarısı uzunmüddətli planlar qurmaq üçün münasibdir. Dərhal planınızı həyata keçirməyə başlaya bilərsiniz.

Necə hərəkət edəcəyinizi tez başa düşəcəksiniz. Atacağınız addımlar uğurlu olacaq. Bu gün həm də maliyyə məsələlərinin həlli üçün əlverişli olacaq. Burada intuisiyaya güvənməlisiniz, o sizi yanıltmayacaq.

Günün ikinci yarısı sizin üçün dolu keçəcək. Gözlədiyinizdən daha çox işiniz olacaq. Qarşınızdakı işlər təxirəsalınmaz işlər olduğu üçün yolrulacaqsınız.

Oğlaq, 14 avqust, 2023-cü il

Çoxlu qeyri-adi ideyalarınız olacaq. Maraqlısı budur ki,bu ideyaların hamısı son dərəcə yaxşı nəticələnəcək.  Planlarınızın icrasını uzunmüddətli təxirə salmağa ehtiyac yoxdur. Konkret olaraq hərəkətə keçə bilərsiniz.

Çaşqın olmamaq, ilk addımı vaxtında atmaq vacibdir. İntuisiyanız sizə yol göstərəcək.

Gün həm də bəzi yeni yerlərə səyahətlər üçün əlverişlidir.

Təəssüratlarınız pozitiv olacaq. Əhvalınız yaxşılaşacaq. Getdiyiniz səyahətlərdə sevdiyiniz birinin yanınızda olması sizə xobəxtlik hissi verəcək.  Səfər romantika ilə dolu olacaq. Axşamı yaxınlarınızla keçirin. Onlar sizə diqqətinizə və dəstəyinizə görə, təşəkkür edəcəklər.

Dolça, 14 avqust, 2023-cü il

Bu gün kiminləsə tanış olmaq və dostluq etmək asan olacaq. İştirak etdiyiniz konfranslarda, tədbirlərdə diqqət mərkəzində olacaqsınız və çoxlarının xoşuna gələcəksiniz. Ola bilər ki, köhnə tanışlar, uzun müddətdir xəbər almadığınız insanlar sizə özlərini xatırlatsınlar. Onlarla ünsiyyət xoş olacaq.

Ciddi söhbətlər, iş məsələlərinin müzakirəsi üçün gün əlverişli olamyacaq. Narahatlıqlarınızı bir kənara qoyub, özünüzü necə sevindirə biləcəyinizi düşünün. Bunun üçün ən uyğun  zaman elə bu gündür.

Balıq, 14 avqust, 2023-cü il

Bu gün çoxlarını təəccübləndirəcəksiniz. Sizinlə hər hansı bir məsələdə razılaşmağın asan olduğuna öyrəşmiş insanlar indi güzəştə getməyəcəyinizi dərhal başa düşməyəcəklər. Yaxınlarınızla ünsiyyətdə belə gərgin anlar istisna edilmir.

Sizi hələ yaxşı tanımayanlarla yola getmək çətin olacaq. Ciddi münaqişələrdən hələ də qaçmaq olar.

Kimsə sizdən ciddi şəkildə inciyə bilmir.

Özünüz idarə edə biləcəyiniz işlərlə məşğul olun.  Belə olarsa, tez bir zamanda uğur qazana biləcəksiniz. Həmçinin, gün yaradıcılıq üçün münasibdir. Bəzi Balıqlar yeni ilham mənbəyi kəşf edəcəklər




Paylaş:


Müəllif : Tarix:
13-08-2023, 23:35
Sikayət   


loading...
Загрузка...