Naxçıvandakı hərbçilər: “General bizə mülki paltar geyindirib tikintidə işlədir” - Foto
Naxçıvanda əsgər və MAXE-lər (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu) hərbi xidmət keçmək yerinə, mülki tikintilərdə fəhlə əvəzi işlədildiklərini deyirlər.
Bu barədə “Gündəlik Naxçıvan” onların özləri məlumat verib. Hərbçilərin sözlərinə görə, onları fəhlə yerinə işləməyə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustavayevin qardaşı Nemət Mustafayev məcbur edir.
Hərbçilər iddia edirlər ki, generalın qardaşı tikinti şirkətləri ilə sözləşib, əsgərləri fəhlə, yaxud usta kimi ora göndərir və görülən işin müqabilində veriləcək maaşı isə özü alır.
Hərbçilərdən B.B deyir ki, hər gün yüzlərlə hərbçi fəhlə formasını geyinib tikintilərə göndərilir:
“Nemət Mustafayev hərbi hissələri gəzib mənim kimi tikinti işlərindən başı çıxan əsgər və MAXE-ləri seçir. Sonra generalın göstərişi ilə bizə mülki paltar geyindirib tikintidə qul kimi işləməyə aparırlar. Bizə maaş nədir, 14 saat işlədib yemək də vermirlər. Ən ağır işlərə göndərirlər. Biz vətəni qorumaq üçün hərbi xidmətə gəlmişik, fəhlə işləməyə yox. Səsini çıxarana, etiraz edənə saxta cinayət işi açırlar, ən yaxşı halda ucqar yerlərə xidmətə göndərirlər. Bizim gördüyümüz işə görə yazılan maaşı Nemət Mustafayev qol çəkib, götürür. Hər gün yüzlərlə hərbçi fəhlə kimi işlədilir. İndi hesablayıb görün, nə qədər pul edir”.
Digər hərbçi A.R isə deyir ki, fəhlə işləməkdən imtina etdiyi üçün ona saxta cinayət işi açıblar:
“Bir ildən çoxdur ki, hərbi xidmətdəyəm, silah üzü görməmişəm. Silahımız lapatka və maladır. Sabah bir şey olsa, silahı verəcəklər ki, get, döyüş. Mən bir dəfə etiraz etdim, cinayət işi açıb içəri saldılar. Məcbur qalıb razılaşdım, buraxdılar. İndi hər gün səhər 6-da durub hərbi hissəni tərk edib tikintidə işləməyə gedirəm. Onlarla hərbi maşın mənim kimi fəhlə hərbçilərə xidmət edir. Yəni, səhər işə aparıb axşam da hərbi hissəyə qaytarır. Bu, qalib ordunun adına biabırçılıqdır”.
"Gündəlik Naxçıvan" mülki formada fəhləlik edən hərbçilərin fotosunu da yayıb. İddia olunur ki, onlar Naxçıvan şəhərindəki “Hakim Plaza”nın qarşısında tikintisi davam edən parkda fəhlə yerinə işləməyə məcbur edilənlərdir. Qeyd olunur ki, foto onlar hovuz tikintisi ilə məşğul olarkən çəkilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-08-2023, 15:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər