Hakim və prorektorun adından dələduzluq etdi - Cəza verilmədi
Dələduzluqda və rüşvətə təhrik etməkdə ittiham olunan 42 yaşlı Ülviyyə Abasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq cinayət işinə xitam verilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinov və Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyevin adından istifadə etməklə iki nəfərin 3700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Ü.Abasova zərərçəkmişlərdən birinə özünün hakim Ziya Şirinovun tanışı olması barədə yalan məlumat verib, onunla bağlı həmin məhkəmənin icraatında olan mülki işin həllinə kömək edəcəyini deyib. O, işin həll edilməsi üçün Ziya Şirinova 1700 manat pul çatmalı olduğunu deyib. Zərərçəkmiş həmin məbləği ödəmə terminalı vasitəsilə təqsirləndirilən şəxsə çatdırıb.
Digər zərərçəkmiş isə yeniyetmə oğlunun Memarıq və İnşaat Universitetinə qəbul olunması üçün təqsirləndirilənə 2 min manat verib. Zərərçəkmiş ifadəsində deyib ki, Ülviyyəni hüquqşünas kimi tanıyıb, oğlunun qabiliyyət imtahanından keçməsinə kömək etmək məqsədilə ona pul verib.
Ü.Abasova universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyevlə münasibətinin olduğunu, işin həll ediləcəyinə söz verib.
O.Naqdiyev özü də məhkəmədə ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını deyib.
Hakim Rasim Sadıxovun sədrlik etdiyi hakimlər heyəti əvvəllər dəfələrlə dələduzluğa görə məhkum edilmiş Ü.Abasovanı bu dəfə cəzalandırmayıb.
Dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxslərin şikayətlərinin olmaması onun işini yüngülləşdirib. Verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsi xaric edilib, 178.2.2-ci (təkrar dələduzluq) maddəsi üzrə isə cinayət təqibinə xitam verilib. Ü. Abasova barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-08-2023, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər