reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ağcabədidə bələdiyyə sədri cərimələndi - Fotolar

reklam

Ağcabədidə bələdiyyə sədri cərimələndi - Fotolar

















Ağcabədidə bələdiyyə sədri barəsində cərimə tətbiq olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Kəhrizli kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.





Paylaş:


Müəllif : Tarix:
19-08-2023, 17:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər