reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 20 avqust

reklam

Bürclər- 20 avqust













Qoç, 20 avqust, 2023-cü il

İşə diqqət yetirin. Burada bir çox yeni imkanlar aça bilərsiniz. Mürəkkəb peşəkar problemləri tez bir zamanda həll etmək mümkün olacaq.

Təcrübəli olmaq bu işdə bir çox Qoçlara kömək edəcək.  Karyeranızın mümkün inkişafı ilə bağlı rəhbərliklə danışmaq üçün yaxşı gündür. Qarşınızda yeni perspektivlərin açılması mümkündür.

Bu gün görüləsi işlər çox olsa da, istirahət üçün vaxt olacaq. Qohumlar sizi səfərlərdə və bəzi əyləncə tədbirlərində məmnuniyyətlə müşayiət edəcəklər. Romantik görüş gözlədiyinizdən də yaxşı keçəcək.

Buğa, 20 avqust, 2023-cü il

Ciddi əhval-ruhiyyəyə girmək həmişəkindən daha çətin olacaq.

Bütün gününüzü çətin işlərə həsr etməyə dəyməz.

Tez yorulacaqsınız. Yorğun olduğunuz üçün səhv edə bilərsiniz.

Uzun müddətdir ki,  çətinlik çəkmədən öhdəsindən gəldiyiniz işlər var. Ətrafınızda narahatlıqlarınızı bölüşməyə hazır olan insanlar var. Onlardan kömək istəyin.

Evdə kiçik fikir ayrılıqları, məişət məsələlərində mübahisələr ola bilər. Həyəcanlanmayın. Sakit və mehriban olsanız, hər şey tez həll olunacaq.

Əkizlər, 20 avqust, 2023-cü il

Pul xərcləməyə tələsməyin. Maliyyə ilə bağlı hər şeydə bu gün daha diqqətli olmaq tövsiyyə edilir.

Bu gün kredit götürmək və borc vermək arzuolunmazdır. Günün qalan hissəsi yaxşı keçəcək.  Ulduzlar sizin tərəfinizdə olacaq, onların dəstəyi sayəsində böyük işlər görəcəksiz.

Əzmkarlıq başqalarının uğursuz olduğu yerdə sizə uğur qazanmağa kömək edəcək. Bu, həm də uzun müddətdir hamını narahat edən məsələləri həll etməyə imkan verəcək. Axşam yaxınlarınızla ünsiyyət üçün idealdır. Onlar sizi xoşbəxt hiss etdirməyi bacarırlar.

 

Xərçəng, 20 avqust, 2023-cü il

Xırda şeylərə vaxt itirməyin. Bu gün bəzi çətin sualları həll edin. Bu işdə sizə yeni tanışlar kömək edəcək. Onları dərhal bəyənəcəksiniz.

Bu insanlarla ünsiyyət həm xoş, həm də faydalı olacaq. Bu gün fəaliyyət sahəsini dəyişməyə, qüvvəsini yenilikdə sınamağa hazır olan Xərçənglər üçün maraqlı imkanlar açılacaq.

Başqalarının diqqətini cəlb etmək, fikirləriniz və planlarınızla onları maraqlandırmaq sizin üçün asan olacaq. Çalışın ki, bu gün heç kimə heç nə vəd etməyin, çünki  söz tutmaq göründüyündən daha çətin olacaq.

Şir, 20 avqust, 2023-cü il

Yeni ideyalarınızı və planlarınızı heç kimlə  paylaşmayın. Çünki bu dönəm heç kim sizi düzgün  başa düşməyəcək və  söhbətlər mənasız mübahisələrə çevrilə bilər. Bir az səbr edin. Özünüzü düşünün.  Bir müddət sonra  necə davranacğınıza qərar verə biləcəksiniz.  Bu işdə sizə intuisiyanız yardım edəcək.

Günün ikinci yarısı qeyri-rəsmi ünsiyyət, dostlarla və digər yaxın insanlarla görüşlər üçün əlverişli olacaq.

Bu gün romantik görüş üçün çox uğurlu gündür.

 

Qız, 20 avqust, 2023-cü il

Çoxları sizə kömək etməyə hazırdır.

Hətta əvvəllər qeyri-müəyyən münasibətdə olduğunuz insanlar da sizə yardım etməyə çalışacaq.

Bütün problemlər anlaşılmazlıqdan yaranır. Səmimi söhbət çox şeyi aydınlaşdırmağa kömək edəcək. İnsanlarla ünsiyyətiniz xoş olacaq.

Yaxınlarınıza qarşı çox tələbkar olmamağa çalışın. Tənqidləriniz çox sərt ola bilər. Diqqətli olun ki, kimisə incitməyəsiniz.   Sizin üçün əziz olan insanları razı salmaq o qədər də çətin olmayacaq.

Tərəzi, 20 avqust, 2023-cü il

Bu gün çoxlu fərqli ideyalarınız olacaq. Bəzi Tərəzilər əvvəllər hamının çaş-baş qaldığı suallara da cavab tapa biləcəklər. Özünüz və başqaları üçün çox faydalı işlər görəcək, çətin vəziyyətdə qalanlara kömək etməyə çalışacaqsınız.

Gününüz  olduqca yorucu keçəcək. Bunu günün ikinci yarısında hiss edəcəksiniz. Dincəlmək yaxşı olardı. İstirahət üçün fürsət yaranacaq. Bu fürsəti qaçırmayın.  İşdə qısa bir fasilə sizə çox yardım edəcək.   Axşam  romantik sürprizlər gözlənilir.

Əqrəb, 20 avqust, 2023-cü il

Günün əvvəlində heç kimlə mübahisə etməməyə çalışın. Düzdür, bu o qədər də asan olmayacaq.

Günün emosional fonu gərgin olacaq.

Başqa zaman diqqət etmədiyiniz hadisələrə qarşı bu gün həssas olacaqsınız.

Bu gün çalışın ki,  mühüm danışıqlar planlaşdırmayasınız.

Ciddi məsələrin bu günə planlaşdırılması tövsiyyə edilmir.

Günün ikinci yarısı çox daha xoş keçəcək. Həqiqətən maraqlı bir işlə məşğul olacaqsınız.

Siz uğur qazanacaqsınız və əhvalınız dərhal yaxşılaşacaq. Bundan əlavə, ətrafınızda sizi həqiqətən başa düşən insanlar olacaq.

Oxatan, 20 avqust, 2023-cü il

İş yerində çoxlu mübahisələr olacaq. Həyacanlanmayın və soyuqanlılığınızı itirməyin ki, bu mübahisələrdən  xeyrinizə istifadə edə biləsiniz.

Ətrafınızdakıların həqiqətən nəyə can atdıqlarını müəyyən edə biləcəksiniz.

Artıq kimin sizə nə edə biləcəyini hiss edəcək qədər böyümüsünüz.

Ynei müttəfiqlər axtarmağın zamanıdır.

Amma şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Gün yaxınlarınızla ünsiyyət üçün münasibdir.

H,əm ailə tədbirləri, həm də dostluq görüşləri yaxşı keçəcək. Romantik bir görüş gözlənilir.

 Oğlaq, 20 avqust, 2023-cü il

Bu gün başqalarını məmnun etmək sizin üçün xüsusilə asan olacaq. Hətta əvvəllər sizə rəğbət bəsləməyən insanlar belə ən yaxşı keyfiyyətlərinizə diqqət yetirəcəklər.

Düşmənlərinizlə ehtiyyatlı olun.  Onlar sizə yaxşı davranmağa başlayıblarsa, diqqətli olun.  İkiüzlü insanlardan dost və ya müttəfiq olmaz.

İntuisiya onlara güvənmək mümkün olub-olmadığını sizə  hiss etdirəcək.

Gün içində kiçik anlaşılmazlıqlar olacaq.  Çətin gündür, amma  yenə də  ruhdan düşməyin. İşlərinizin plana uyğun getməməsi  sizi narahat edə bilər. Mövcud vəziyyətdən faydalanmağın yolunu tez tapacaqsınız.

Dolça, 20 avqust, 2023-cü il

Hamını bir anda vurmağa çalışmayın. Bu gün başqalarında xoş təəssürat yaratmaq, ilk görüşdə kimisə sevindirmək sizin üçün asan olmayacaq.

Başqalarının sizin güclü tərəflərinizi görməsi üçün bir az vaxt lazımdır. Əgər vacib görüşlər istədiyiniz kimi getməsə, ruhdan düşməyin. Məqsədə çatmaq üçün cəhd edin.

Pul və əmlakla bağlı hər şeydə diqqətli olmağa dəyər. Hər hansı bir şübhəli işdə iştirak etməkdən çəkinin. İstənilən qeyri-müəyyən situasiyalarda yaxınlarınızdan məsləhət ala bilərsiniz.

Balıq, 20 avqust, 2023-cü il

Gün çətinlik olmadan keçməyəcək. Yolda yaranan bütün maneələri dəf etməyin bir yolunu tapacaqsınız. Çoxdan əldə edilmiş biliklər bu günlərəd  köməyinizə çatacaq.

Onların sayəsində düzgün qərarlar verəcək, səhvlərə yol verməyəcək və pis niyyətlilərin qurduqları tələlərə düşməyəcəksiniz.

Əvvəllər gərgin inkişaf edən münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Bu həm iş, həm də şəxsi həyata aiddir. Başqalarını daha yaxşı başa düşəcəksiniz. İnsanları razı salmaq üçün  dəridən qabıqdan çıxmayın.Onsuz da hər kəs sizi beyninin ölçüsü qədər anlayır.




Paylaş:


Müəllif : Tarix:
19-08-2023, 22:31
Sikayət   


loading...
Загрузка...