reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 22 avqust

reklam

Bürclər- 22 avqust














Qoç, 22 avqust, 2023-cü il

Köhnə tanışların verdiyi məsləhətləri dinləməyə dəyər. Onların sayəsində səhv etməyəcəksiniz və enerjinizi boş yerə sərf etməyəcəksiniz.

Çünki bunun sayəsində necə davranacağınızı biləcəksiniz.

Məqsədinizə daha tez çatmaq üçün planlarınızı necə tənzimləmək lazım olduğunu öyrədəcək vacib məlumat, xəbərlər alacaqsınız.

Özünüzdən mümkün olmayanı tələb etməyin. Bu gün bəzi çətin işlər üçün uyğun deyil. İstirahət etmək yaxşı olacaq. Sevdiklərinizlə harasa səyahət edə bilərsiniz.

Dekorasiyanın dəyişməsi müsbət bir şəkildə köklənməyə kömək edəcək.

Buğa, 22 avqust, 2023-cü il

Bu gün başqaları ilə ünsiyyət qurmaq sizin üçün asan olacaq. Əvvəllər ortaq dil tapmadığınız insanlarla razılığa gəlmək çox çəkməyəcək. Əvvəllər dost olmayan insanlar təəccüblü dərəcədə mehriban davranacaqlar. Hətta onlarla dostluq edə bilərsiniz.

Evdə xırda anlaşılmazlıqlar ola bilər, məişət problemləri də istisna deyil. Məyus olmayın.  Hər şeyin öhdəsindən tez gələcəksiniz. Gözlənilməz xərcləriniz ola bilər. Lakin çox güman ki, kiçik bir məbləğ olacaq və bu siiz çox narahat etməyəcək.

Əkizlər, 22 avqust, 2023-cü il

İstirahət etmək və əylənmək, işi təxirə salmaq və yaxşı vaxt keçirmək istəkləriniz var.  Bu gün həmin istəklərinizi həyata keçirə bilərsiniz.  Amma diqqətinizi yayındırmayın. Qurduğunuz xəyallarınartdınca getsəniz, özünüz üçün problem yaradacaqsınız.  Bu problemi həll etmək isə, günlərinizi əlinizdən ala bilər.

Pulla bağlı hər şeydə diqqətli olmaq, xüsusilə vacibdir. Bu gün pulunuzu  diqqətli xərcləyin.

Planlaşdırılmamış alışlar etməzdən və ya şübhəli layihələrdə iştirak etməzdən əvvəl iki dəfə düşünün.

Xərçəng, 22 avqust, 2023-cü il

Bir zamanlar sizi ciddi narahat edən problemlər bu gün təəccüblü şəkildə asanlıqla həll oluna bilər. İntuisiyanız  sizə ən yaxşı şəkildə necə hərəkət edəcəyinizi və istədiyiniz nəticəni daha sürətli əldə etmək üçün nə etmək lazım olduğunu söyləyəcək. Yaxınlıqda kömək və məsləhət üçün müraciət edə biləcəyiniz insanlar olacaq.

Vəziyyət çox yaxşıdır.  İtkiləriniz olmayacaq. Vəziyyətdən faydalanacaqsınız.

Yaxınlarınızla vaxt keçirmək imkanı yaranacaq. Bəzi Xərçənglər köhnə əlaqələri bərpa edəcək, mübahisədə olduqları insanlarla barışacaqlar. Gün sevgililər üçün əlverişli olacaq.

Romantik görüş gözlədiyinizdən də yaxşı keçəcək.

Şir, 22 avqust, 2023-cü il

Səbirli olun. İnsan hər şeyə tez nail ola bilmir.  Maneələr mütləq vardır. İstəklərinizə çatma yolunda gözlənilməz çətinliklər yarana bilər.

Başqalarının səhvləri və diqqətsizliyi səbəbindən gecikmələr istisna edilmir. Ancaq bu mövzuda narahat olmayın.

Özünüzə inamınızı itirməyəcəksiniz və mütləq istədiyiniz nəticələrə nail olacaqsınız.

Hər kəslə asanlıqla anlaşmaq mümkün deyil.

Tarazlığınızı pozmağa çalışan, təhrik edən və tənqid edənlərdən uzaq durmağa çalışın. Mübahisələrdən qaçmaq daha yaxşıdır.

Belə mübahisələr bu gün enerjiniiz ala bilər.

Qız, 22 avqust, 2023-cü il

Ünsiyyət, yeni tanışlarla görüşlər üçün yaxşı gündür. Sizin kimi olmayanlarla belə anlaşmaq asan olacaq. Bəziləri sizi tamamilə heyran edəcək, dərhal dostluq etmək istəyəcəklər, maraqlı təklifləriolacaq.

Romantik bir görüş gözlənilir. Yeni münasibətlər tez ciddiləşəcək.

Bu gün bir çox Qız bürcləri öz güclərini həddindən artıq qiymətləndirməyə meylli olacaqlar

Əvvəlcə həər şeyi  boyunlarına götürür, edə bilməyəndə isə, narahat olurlar.

İşlərə real baxmağa çalışın - bu, məyusluqların və boş ümidlərin qarşısını almağa kömək edəcək.

Tərəzi, 22 avqust, 2023-cü il

Günnü birinci  yarısı  narahatlılıqlarla doludur. Gözünüzü açmağa imkan vermirlər.

Narahatlıqlardan  yaxa qurtarmaq imkanlaırnızdan istifadə edə bilmirsiniz.

Bəzi Tərəzilər uzaqdan gözəl xəbərlər, ruhlandırıcı təkliflər alacaqlar. Köhnə tanışlarla gözlənilməz görüşlər mümkündür.

Gün məhsuldar gün olmaya bilər. Ancaq diqqətli ola bilsəniz çox şey əldə edəcəksiniz. Əvvəllər başladığınız bəzi işləri başa çatdıra biləcəksiniz.

Günün ikinci yarısı alış-veriş üçün, o cümlədən planlaşdırılmamış işlər üçün əlverişlidir.

Əqrəb, 22 avqust, 2023-cü il

Gün sürprizlərlə dolu olacaq.

Lakin bu, sakit qalmağınıza və əsaslandırılmış qərarlar qəbul etməyinizə mane olmayacaq.

Başqalarından fərqli olaraq, düşdüyünüz vəziyyətlərdə özünüzü itirmirsiniz. Uğur qazanmaq üçün necə hərəkət edəcəyini tez başa düşürsünüz.

Əvvəllər müttəfiq hesab etmədiyiniz insanlar köməyə gələcəklər. Uzunmüddətli dostluq ümumi işlərlə başlaya bilər.

Özünüzü yeni bir şeydə sınamaq, tezliklə işə yarayacaq bir şey öyrənmək fürsəti olacaq. Bəzi çətinliklər yarana bilər, lakin onlar məqsədinizə çatmağınıza mane olmayacaq.

Oxatan, 22 avqust, 2023-cü il

İnsanlarla ünsiyyət qurmaq bacarığına ehtiyacınız var.

Diplomatik qabiliyyətləriniz sayəsində mürəkkəb münaqişələr keçmişdə qalacaq. Yeni tanışlarla birgə hərəkətlər barədə razılaşmaq,onların  dəstəyinə müraciət etmək mümkün olacaq.

Hər şey asan olmasa belə, keçilməz maneələr olmayacaq. Prioritetlərə tez qərar verəcəksiniz.

Xırda şeylərə çox vaxt sərf etməyin. Axşam  Oxatanlara xoş xəbərlər gətirəcək.

Oğlaq, 22 avqust, 2023-cü il

Bu gün sakit qalmaq həmişəkindən daha çətin olacaq.

Emosional fon gərgin olduğu üçün xırda şeylərə görə əsəbi ola bilərsiniz.

Vəziyyətiniz elə olacaq ki,  başqa vaxtlarda sadəcə diqqət yetirməyəcəyiniz hadisələrdən belə narahat ola bilərsiniz. Maraqlı bir iş tapan kimi müsbət əhval-ruhiyyəyə köklənmək asanlaşacaq.

Nağd pul daxilolmaları, eyni zamanda gözlənilməz mənbələrdən, qiymətli və faydalı hədiyyələr gözlənilir.

Günün ikinci yarısı gündəlik məsələlərin həlli üçün münasibdir. Faydalı alış-veriş etmək imkanı yaranacaq.

Dolça, 22 avqust, 2023-cü il

Ətraflı və diqqətli düşünün.

Bu gün gözəl ideyalarınız ola bilər.

Bəzi  köhnə təxminləri sınamaq fürsəti yaranacaq.

Bəzi Dolçalar planları barədə qərar vermələrinə kömək edəcək xəbərlər alacaqlar.

Bu gün öz işinizlə həddən artıq məşğul olacaqsınız.

Həddən artıq iş sizin yaxınlarınızı diqqətinizdən və dəstəyinizdən məhrum  edə bilər.

Daha əvvəl verdiyiniz vədləri tutmağa çalışın. Gündəlik məsələlərin həlli naminə heç bir ailə tədbirini və ya dostlarla görüşləri ləğv etməyin.

Balıq, 22 avqust, 2023-cü il

Gün vacib məsələlər və ciddi qərarlar üçün uyğun deyil. Vəziyyəti düzgün qiymətləndirmək sizin üçün asan olmayacaq.

Müsbət əhval-ruhiyyə qazanmağınıza nəyin kömək edə biləcəyini düşünün. Maraqlı və əyləncəli fəaliyyətlər və sizə necə dəstək olacağını bilən insanlarla ünsiyyət üçün vaxt tapın.

Kortəbii alışlar etməməlisiniz.

Onların uğurlu olacağı ehtimalı azdır, tezliklə xərclənən pula görə peşman olacaqsınız.

Səfərlər üçün kifayət qədər uyğundur. Bu səfərlər sayəsində bir çox şeyə yeni bir şəkildə baxacaqsınız.




Paylaş:


Müəllif : Tarix:
21-08-2023, 23:34
Sikayət   


loading...
Загрузка...